525.Az

Heydər Əliyev Sarayının gənc əməkdaşları mükafatlandırılıb


 

Heydər Əliyev Sarayının gənc əməkdaşları mükafatlandırılıb<b style="color:red"></b>

Fevralın 1-də Heydər Əliyev Sarayında 2 fevral - Gənclər Günü münasibətilə gənc əməkdaşlar ilə görüş keçirilib.
 
Saraydan bildirilib ki, görüşdə çıxış edən Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov bu günün Ulu öndər tərəfindən təsis olunduğunu söyləyib və bildirib ki, bu, Ümummilli liderin gənclərə böyük qayğısının parlaq təzahürü idi.

Ramil Qasımov qeyd edib ki, ölkəmizdə gənclər siyasəti bu gün ən yüksək səviyyədə davam etdirilir. Gəncləri diqqət mərkəzində saxlayaraq onlarla daim dialoq qurmaq, qayğı göstərmək dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Heydər Əliyev Sarayının rəhbərliyi də gənclərin kollektivə cəlb olunması, mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsinə böyük önəm verir.

Sarayın direktoru, həmçinin, yaxın zamanda kollektivə yeni gənclərin cəlb olunacağını vurğulayıb. Qeyd olunub ki, kollektivin sıralarında gənclərin sayının artması sarayın gələcəyi ilə bağlı böyük perspektivlər üçün mühüm əhəmiyyət kəsb edir. Sarayda gənclərin inkişafı, yüksək bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından hər bir şərait yaradılıb.

Sonda Heydər Əliyev Sarayının rəhbərliyi tərəfindən kollektivin fəal üzvü kimi özünü təsdiqləyən bir qrup gənc əməkdaş və kollektivin 44 günlük Vətən müharibəsində iştirak etmiş üzvü Azay Azayev mükafatlandırılıb.

 





02.02.2021    çap et  çap et