525.Az

Respublika Uşaq Kitabxanasından yeni metodik vəsait


 

Respublika Uşaq Kitabxanasından yeni metodik vəsait<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi  Ceyhun Hacıbəylinin 130 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulmuş metodik vəsaiti istifadəçilərin ixtiyarına verdi.

525.az xəbər verir ki, vəsait iki hissədən ibarətdir.



I hissə Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edir  “Qürbətdə bitən ömür-sönməyən azadlıq eşqi”  adlanır.

II hissə isə “Azərbaycan mühacirət irsində ilk və yeganə, həm də sənədli sinopsisin müəllifi Ceyhun Hacıbəyli” adlanır. İstifadəçilər, vəsaitin II hissəsində, yubiley münasibətilə təşkil olunacaq: kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında məlumatlanacaqlar.

Qeyd edək ki, vəsaitdə görkəmli şəxsiyyətlərin Ceyhun Hacıbəyli haqqında söylədiyi fikirlər, onun haqqında yazılmış kitabların sərgisinin sxemi də verilmişdir

Oxucular http://clb.az/elmi-metodika_k74.html  link vasitəsi ilə vəsaitdən yararlana bilərlər.

 





03.02.2021    çap et  çap et