525.Az

Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkarlandı


 

Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkarlandı<b style="color:red"></b>

Xınalıqda antik dövrə aid maddi mədəniyyət nümunələri aşkar edilib.

525.az APA-ya istinadən xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda apardığı arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, burada 1 hektara yaxın sahədə qədim yaşayış yeri və qədim qəbiristanlıq mövcud olub. Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bildirib ki, adıçəkilən ərazinin cənub-şərq hissəsində 15-dən artıq kurqan aşkarlanıb.

Arxeoloq alim ilkin nəticələrə əsaslanaraq nekropolda aparılan tədqiqatların antik dövrə aid olduğunu vurğulayıb.

O saxsı materiallar, dəmirdən hazırlanmış silah nümunələri, tunc bəzək əşyaları, müxtəlif minerallardan və şüşədən hazırlanmış muncuqlarla yanaşı, qəbiristanlıq ərazisində nadir tapıntılara da rast gəlindiyini bildirib.

 

 





03.02.2021    çap et  çap et