525.Az

Respublika Uşaq Kitabxanasının yeni metodik vəsaiti istifadəçilərə təqdim etdi


 

Respublika Uşaq Kitabxanasının yeni metodik vəsaiti istifadəçilərə təqdim etdi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi 2021 - ci ildə yubileyi qeyd edilən xarici yazarların oxuculara tanıdılması məqsədilə metodik vəsaitər hazırlayıb. Göstəricilər mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün  nəzərdə tutulub.

525.az xəbər verir ki, vəsaitin birinci hissəsi yazıçıların həyat və yaradıcılığından bəhs edir. II hissədə isə xarici yazarları  oxuculara tanıtmaq məqsədilə uşaq kitabxanalarında nəzərdə tutulan  tədbirlərin ssenarisi verilib.

Vəsaitdə Amerika uşaq yazıçısı, nağılçı Frenk Baumun anadan olmasının 165 illiyi, Amerika yazıçısı H. Biçer Stounun anadan olmasının 210 illiyi, ingilis uşaq yazıçısı Maykl Bondun anadan olmasının 95 illiyi, alman filoloqu, folklorçu, nağılçı Vilhelm Qrimin 235 illiyi, ingilis uşaq yazıçısı, Andersen mükafatı laureatı Eleanor Farconun anadan olmasının 140 illiyi, rus uşaq şairi A.L.Bartonun 120 illiyi, münasibətilə təşkil edilən kitab sərgilərindən, biblioqrafik icmallardan, konfranslardan, ədəbi bədii gecələrdən söhbət açılır.



Vəsaitdə bu il 165 illik yubileyi qeyd edilən Frenk Baumun ən məhşur  “Zümrüd şəhərinin sehirbazı” kitabının təhlili, bu əsərin ssenarisi əsasında çəkilmiş cizgi filmi haqqında ətraflı məlumat verilib.

Vəsaitin üçüncü hissəsində ingilis yazıçısı, ssenarist Maykl Bondun  95 illik yubileyi münasibətilə yazıçının ən məşhur “Paddinqton ayı balası” kitabının təhlili oxuculara çatdırılmış, həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

İngilis uşaq yazıçısı, Andersen mükafatı laureatı Eleanor Farconun 140 illiyi münasibətilə qələmə alınmış vəsaitdə yazıçının  şeirlər, hekayə və povestlər, uşaqlar üçün opera tamaşalarına şeir mətnləri haqqında ətraflı məlumat verilib.

Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.

 





04.02.2021    çap et  çap et