525.Az

Səfirimiz xarici universitetdə ölkəmizlə bağlı mühazirə deyib


 

Səfirimiz xarici universitetdə ölkəmizlə bağlı mühazirə deyib<b style="color:red"></b> Fevralın 3-ü Braziliyanın Mina Jerays əyalətinin “UFMG” - Mina Jerays Federal universitetində 2021-ci il üçün nəzərdə tutulmuş beynəlxalq iqtisadi seminarlar çərçivəsində səfir E.Poluxov “Yeni regional reallıqlar fonunda Azərbaycanda yeni iqtisadi imkanlar” mövzusunda onlayn mühazirə oxuyub.

525.az xəbər verir ki, Mühazirəyə universitetin müəllim və tələbə kollektivləri ilə yanaşı ekspert və iş adamları qatılaraq, səfir E.Poluxovun prezentasiyası ilə tanış olub.

Öz çıxışında E.Poluxov Böyük Vətən Müharibəsindən sonra Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması və bununla əlaqədar bölgədə yaranmış yeni reallıq, o cümlədən yeni biznes imkanlarından danışıb. Qeyd olunub ki, 44 günlük müharibənin sona çatmasının ilk günündən Prezident İlham Əliyevin tapşırığı ilə azad olunmuş ərazilərdə hərtərəfli qiymətləndirmə işləri başlayıb.

Bildirilib ki, ermənilərin apardığı siyasət nəticəsində son otuz il ərzində bu ərazilərdə yerləşən infrastruktur və məişət tikintiləri, tarixi abidələr, meşələr və təbii sərvətlər tam talanmış və məhv edilib. Məcburi köçkünlərin öz evlərinə qaytarmaq və bölgədə müvafiq iqtisadi strukturların yenidən yaradılması üçün dövlət tərəfindən müvafiq proqramlar üzərində işlərin aparıldığını söyləyən səfir, Prezident İ.Əliyev tərəfindən 2 fevral tarixində təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənətdə müəyyən edilmiş prioritet istiqamətlər haqqında danışıb.
 
Qeyd olunub ki, bu sənəd həm Azərbaycanda, həm də regionda davamlı sülhün və sosial –iqtisadi inkişafın möhkəmlənməsi üçün yeni imkanlar yaradacaq.
 
Bununla əlaqədar, bu prosesə xarici iş adamlarının və sərmayəçilərin qarşılıqlı fayda əsasında qatılmasının vacibliyi auditoriyanın nəzərinə çatdırılıb və Braziliyalı iş adamların bundan faydalanmağa dəvət olunmuşlar. Həmçinin, Braziliya ilə Azərbaycan arasında iqtisadi əlaqələrə toxunan E.Poluxov onun inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu bildiirib.

Tədbirə qonaq qismində qatılan Türkiyənin Braziliyadakı səfiri Murat Ateş Türkiyə ilə Azərbaycan arasında mövcud dost və qardaşlıq münasıbətlərin tarixi və onun perspektivlərindən danışıb.

Sonda dinləyicilər tərəfindən verilən çoxsaylı suallar cavablandırılmışdır.




 





04.02.2021    çap et  çap et