525.Az

“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edildi


 

“İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edildi<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilib.

525.az-ın xəbərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalanan Fərmana əsasən, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilib:

 1. Aşağıdakı məzmunda 1.9.7-1-ci və 1.9.10-1-ci yarımbəndlər əlavə edilsin:

 “1.9.7-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”;

 “1.9.10-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

 2. 2.1.2-ci yarımbəndə aşağıdakı məzmunda 6-1-ci abzas əlavə edilsin:

“6-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;”.

 3. 2.1.3-cü yarımbəndə aşağıdakı məzmunda 1-1-ci abzas əlavə edilsin:

 “1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.

 





04.02.2021    çap et  çap et