525.Az

Türkiyədə bu gün koronavirusdan 113 nəfər ölüb


 

Türkiyədə bu gün koronavirusdan 113 nəfər ölüb<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 113 nəfər həlak olub.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7909 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8815, ağır xəstələr isə 1501 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 508 988 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 2 396 199 nəfər sağalıb, 26 467 nəfər isə ölüb.

 





04.02.2021    çap et  çap et