525.Az

Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti Ələviyyə Babayevaya həsr etdi


 

Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti Ələviyyə Babayevaya həsr etdi<b style="color:red"></b> F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsinin hazırladığı vəsait nasir, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayevanın 100 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər  üçün nəzərdə tutulmuşdur.

525.az xəbər verir ki, vəsait iki hissədən ibarətdir. I hissə yazıçının həyat və yaradıcılığından bəhs edir “Zərif duyğular tərənnümçüsü” adlanır. II hissə isə “Yüksək vüsətli romanlar müəllifi” adlanır.

İstifadəçilər, vəsaitin II hissəsində yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında da məlumat əldə edəcəklər.

Vəsaitdə  “Mənim müəllimim”,“Hekayələr”, “Tək ağac”, “Kənd yolları”, “Payızda”, “Yenə bahardı”, “Tut ağacı”, “Süsən sünbül”, “Hörüklər”, “Adamlar və talelər”, “Hardasan, dost, harda”, “Əlvida”, “Dəli Sona”, “Son döngə”, “Səni axtarıram” kitablarının müzakirəsi oxuculara çatdırılmışdır.

Qeyd edək ki, göstəricidə  görkəmli şəxsiyyətlərin Ələviyyə xanım haqqında söylədiyi fikirlər də yer almışdır.

Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.
 





04.02.2021    çap et  çap et