525.Az

Daha 28 müəssisəyə Rusiyaya alma ixrac etməyə icazə verilib


 

Daha 28 müəssisəyə Rusiyaya alma ixrac etməyə icazə verilib<b style="color:red"></b>

Rusiyanı Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") 8 fevral tarixindən etibarən Azərbaycanın 28 müəssisəsinə Rusiyaya alma tədarükünə qoyulan məhdudiyyətləri ləğv edir.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Rosselxoznadzor"un açıqlamasında deyilir.

Bundan əvvəl sözügedən icazə Azərbaycanın 10 müəssisəsinə verilmişdi. Beləliklə, hazırda 38 Azərbaycan şirkətinin Rusiyaya alma ixrac etməyə icazəsi mövcuddur.

 





05.02.2021    çap et  çap et