525.Az

Respublika Uşaq Kitabxanası yeni vəsaitlər tərtib etdi


 

Respublika Uşaq Kitabxanası yeni vəsaitlər tərtib etdi <b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən hazırlanmış vəsait filosof, alim, şair Aslan Aslanovun 95 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS - nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün nəzərdə tutulub.

525.az xəbər verir ki, vəsaitin I hissəsi “Təbiət gözəlliklərini ən gözəl tərənnüm edən şair” adlanır və A.Aslanovun həyat və yaradıcılığından bəhs edir.

II hissə isə  “Dili nəğməli şair” adlanır. İstifadəçilər, bu hissədə yubiley münasibətilə təşkil olunacaq: kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında məlumatlanacaqlar.



Qeyd edək ki, vəsaitdə  A. Aslanovun “Bənövşələr”, “Nəğməli günlərim”, “Qış”, “Düşərgəmiz”, “Köhlən atım”, “Dəniz”, “Sənin deyilmi”, “Niyə” kitabları haqqında oxuculara ətraflı məlumat verilib.
 
Oxucular vəsaitdən http://clb.az/elmi-metodika_k74.html linkindən istifadə etməklə yararlana bilərlər.

 

 





05.02.2021    çap et  çap et