525.Az

Polad Həşimovun adı "Azərbaycan və Ukrayna” birgə ensiklopediyasında


 

Polad Həşimovun adı "Azərbaycan və Ukrayna” birgə ensiklopediyasında<b style="color:red"></b>

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı "Azərbaycan və Ukrayna" birgə ensiklopediyasına Milli Qəhrəman Polad Həşimovun adını daxil edəcək.

Alyansın sədri Elmar Məmmədovun 525.az-a verdiyi məlumata görə, hazırda bu ensiklopediyanın layihəsi hazırlanır:

"2021-ci ildə "Azərbaycan və Ukrayna" birgə ensiklopediyası layihəsi başlayacaq. Bunun üçün məşhur şəxsiyyətlər haqda araşdırmalar aparılır. Artıq bir çox müraciət qeydə alınıb. Həmçinin ensiklopediyaya 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun tərcümeyi-halı da yer alacaq. Ensiklopediya sayəsində general-mayor haqqında Azərbaycandan kənarda daha çox məlumat əldə edilə biləcək”.

 





05.02.2021    çap et  çap et