525.Az

Bir düzəlişə cavab


 

Bir düzəlişə cavab<b style="color:red"></b>

Bu qeydi Üzeyir Hacıbəylinin Ev-Muzeyinin dünənki sayda gedən düzəlişi ilə əlaqədar təqdim edirəm.
 
"525-ci qəzet"də Qarabağ haqqında yazımda (2-ci hissə) Üzeyir bəyin belə bir ifadəsini vermişəm:

"Üzeyir Hacıbəyov "Vətəndaş Samitin (maarif nazirinin müavini Tağı Şahbazi`nin təxəllüslərindən biri - H.İ.) bu əsərin səhnədən qaldırılmasını və qadağan edilməsini tələb etməsinə heç bir məna verməyirik".

Üzeyir bəy eləcə Samit yazır və onun kim olduğunu demir.

Gəlin indi "Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri. "Yazıçı", Bakı, 1985" kitabına müraciət edək. Baxın orada nə yazılıb (s. 623):

"Samit - o zaman Azərbaycan Maarif komissarının müavini, yazıçı Tağı Şahbazinin örtülü imzası.

Üzeyir Hacıbəyovun "Əsərləri"nin 2-ci cildində "Samit" imzası səhv olaraq M.Quliyevə aid edilmişdir (2, səh. 210)". Bu qeyd Mirabbas Aslanova məxsusdur.

Hörmətlə,
Hamlet İsaxanlı

 





05.02.2021    çap et  çap et