525.Az

Azərbaycanın fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edib


 

Azərbaycanın fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edib<b style="color:red"></b>

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Quba şəhərində vətəndaşları qəbul edib.

APA-nın şimal bürosunun məlumatına görə, qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.
 
Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 





28.02.2014    çap et  çap et