525.Az

Rəsm əsəri 92 milyon dollara satıldı


 

Rəsm əsəri 92 milyon dollara satıldı<b style="color:red"></b>

Sandro Bottiçellinin rəsm əsəri auksionda 92 milyon dollara satılıb.

525.az xəbər verir ki, büununla da, italyan intibah dövrü rəssamı Bottiçelli yeni bir rekorda imza atıb.
"Medalyonlu bir gəncin portreti" adlı bu rəsm əsərinin 1470-1480-ci illərdə çəkildiyi və rəssamın ən yaxşı portret əsərlərindən biri olduğu düşünülür.

Qeyd edək ki, portret Cümə axşamı Nyu-Yorkda “Sotebi” auksionunda satılıb.

El Roman

 





07.02.2021    çap et  çap et