525.Az

“Saranın gözləri” Türkiyədə nəşr olundu


 

“Saranın gözləri” Türkiyədə nəşr olundu<b style="color:red"></b>

Yazıçı-jurnalist Türkan Turanın "Saranın Gözləri” kitabı nəşr olunub.

525.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Türkiyənin məşhur "Doğan” Yayın Evinin nəşr etdirdiyi "Saranın Gözləri” kitabı ilk olaraq qardaş ölkənin kitab mağazalarında satışa çıxardılıb.

Psixoloji-dram janrında olan kitabda hadisələr Bakı-İstanbul-Moskva şəhərləri arasında baş verir və böyük orqan mafiyasının cinayət əməllərinin ortasında qalan jurnalist qızın başına gələnləri əks etdirir. Kitab yaxın günlərdə Türkiyənin bütün bölgələrindəki kitab mağazalarında satışda olacaq.

Qeyd edək ki, Türkiyədə ilk dəfə azərbaycanlı naşirin kitabı qardaş ölkənin sosial media seqmenti tərəfindən bu qədər böyük marağa səbəb olub. Kitabsevərlərin yaratdığı sosial şəbəkə qruplarında kitabın satışının yüksək olacağı ilə bağlı çoxlu ehtimallar səslənib.

 





07.02.2021    çap et  çap et