525.Az

Sülhməramlılar Kəlbəcərə tikinti materialları çatdırıb - VİDEO


 

Sülhməramlılar Kəlbəcərə tikinti materialları çatdırıb - <b style="color:red">VİDEO</b>

Rusiya Humanitar Yardım Mərkəzi Kəlbəcər rayonuna tikinti materialları çatdırıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kəlbəcərdəki sosial obyektlərin və yaşayış binalarının elektrik və su təchizatı sistemlərinin bərpası üçün 20 hərbi maşın və onu müşayiət edən beş texnikadan ibarət Humanitar Yardım Mərkəzinin ikinci karvanı Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb.

Konvoy Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Bu yardım ötən il noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında göstərilib.


 





08.02.2021    çap et  çap et