525.Az

Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin köməkçisi ilə telefon danışığı olub


 

Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin köməkçisi ilə telefon danışığı olub<b style="color:red"></b>

Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən 525.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 





09.02.2021    çap et  çap et