525.Az

Respublika Uşaq Kitabxanası oxucuları yeni layihəsi ilə sevindirdi


 

Respublika Uşaq Kitabxanası oxucuları yeni layihəsi ilə sevindirdi<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qonağım ol” adlı yeni layihəsi ilə oxucularını sevindirməyə davam edir.

525.az xəbər verir ki, “Qonağım ol” rublikasında oxucular, instaqram sosial şəbəkəsi vasitəsi ilə layihənin ilk qonağı olan Azərbaycan yazıçılar birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, yazıçı Reyhan Yusifqızı ilə canlı yayıma qoşulmaq imkanı əldə edəcəklər.

Oxucular, canlı yayım vasitəsi ilə yazıçı Reyhan Yusifqızı ilə onlayn görüş, diskussiya aparmaq və həmsöhbət olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, canlı yayım fevral ayının 12-də, saat 15:00-da kitabxananın insraqramdakı (childlibazerbaijan) səhifəsində reallaşacaq.

 





09.02.2021    çap et  çap et