525.Az

“Çiçək, çiçək qrupları” mövzusunda onlayn yarış - Fotolar


 

“Çiçək, çiçək qrupları” mövzusunda onlayn yarış - <b style="color:red">Fotolar</b>

"Onlayn yarış" haqqında qısa məlumat vermək istəyirəm. İmişli rayonu üzrə ilk dəfə keçirilən bu tədbir rayonun R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin biologiya müəllimi Taleh Cavadov və onun dərs dediyi VI sinif şagirdləri ilə şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin VI sinif şagirdləri arasında baş tutdu.

Tədbir əvvəldən sona kimi onlayn tətbiqlərdən istifadə olunmaqla quruldu. Yarış zamanı istifadə olunan “Sway” tətbiqi ilk dəfə bizə təlim zamanı Ceyhunə Yusifova tərəfindən keçirilərkən, mən o tətbiqin ən qısa formasını təqdim etmişdim. Yalnız bayraq şəklini, Zəfər Gününü qeyd etmişdim. Mövzunun da adını “Azərbaycan” seçərək işi təhvil vermişdim. Lakin təlimdən sonra tətbiqi daha dərindən incələdim və təqdimatımı da elə “Sway” tətbiqi üzərində qurmağa başladım. Tədbirdə 7 veb alətindən istifadə olundu:

1. “Sway” proqramında təqdimat;

2. “LearningApps” proqramında çiçəyin sxem şəkil üzərində soruşulması;

3. “LearningApps” proqramında əsl çiçəyin görünüşü olan şəkil üzərində çiçəyin hissələrinin axtarılması;

4. “LearningApps” proqramında çiçək qruplarının bitkilərlə əlaqəsinin tapılması;

5. “LearningApps” proqramında milyonçu oyunu vasitəsi ilə "Qarabağın flora fauna”sına aid suallar ətrafında şagirdlərin yarışması;

6.  Şagirdlərin çiçək qrupunu onlayn təqdimatlar formasında “Youtube” portalı üzərindən təqdim etməsi;

7.  “Whell of Names” çarxını hərəkətə gətirməklə çiçək qruplarını aplikasiya edərək seçilən adları plastilin və ya kibrit çöpü vasitəsi ilə düzəldərək şagirdlərin bacarıqlarını nümayiş etdirməsi;                                                                             

Eləcə də Azərbaycanın simvolu hesab edilən Xarı Bülbülun qurluşu, tozlanması “Youtube” vasitəsi ilə nümayiş olundu. Həm şagirdlərini, həm də məktəbinin bacarıqlı müəllimini dəstəkləyən Əliqulular kənd tam orta məktəbinin direktoru, Əməkdar müəllim Səxavət Tağlara öz minnətdarlığımı bildirirəm. Çünki tədbir bitdikdən sonra onlayn yarışı mətbu orqanda işıqlandırmaqla bu tədbirə yüksək dəyər verdiyinin şahidi oldum . Eləcə də məktəbimizin rəhbərliyinə - Ramil Möhbalıyevə mənə bu işdə dəstək olduğuna görə minnətdarlığımı bildirirəm. Taleh müəllimə işlərində uğurlar arzu edirəm. Məktəblərarası əlaqənin qurulması çox xoş oldu. Özümü bir anlıq həmin məktəbin müəllimi kimi hiss etdim. Həmçinin, şagirdlərimin də Taleh müəllimi öz müəllimləri kimi qəbul etdiklərini gördüm. İnşallah bu layihəniz davamlı olar. Bu təşəbbüsə digər məktəblərin fənn müəllimlərinin qoşulmasını arzu edirəm.

Leyli Əliyeva, İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi.

 





09.02.2021    çap et  çap et