525.Az

Bakı Xoreoqrafiya Akademiyasında kadr təyinatı


 

Bakı Xoreoqrafiya Akademiyasında kadr təyinatı<b style="color:red"></b>

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əməkdar artist Əziz Yaşar oğlu Qarayusifli Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, Əziz Qarayusifli 1968-ci ildə Bakı şəhərində  anadan olub. 1987-ci ildə  Bülbül adına orta ixtisas musiqi məktəbini klarnet sinfi üzrə, 1994-cü ildə isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Orkestr və kamera ansamblının artisti ixtisası üzrə bitirib.

Ə.Qarayusifli son təyinatadək Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru vəzifəsində işləyib. Mərkəzi İncəsənət Məktəbinə rəhbərlik etdiyi müddətdə məktəbdə xoreoqrafiya sənətinə diqqət artırılıb, onun təşəbbüsü ilə məktəbdə “Alov” rəqs qrupu yaradılıb.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Əməkdar artist” fəxri adına layiq görülüb.

 





09.02.2021    çap et  çap et