525.Az

Qarabağda radio kanalının açılması üçün müsabiqə başladı


 

Qarabağda radio kanalının açılması üçün müsabiqə başladı<b style="color:red"></b>

Bu gündən Milli Televiziya və Radio Şurası tərəfindən Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102.7 MHs işçi tezliyə elan olunan müsabiqə başlayıb.

525.az-ın məlumatına görə, müsabiqə martın 12-dək davam edəcək.

Müsabiqədə Azərbaycan Rеspublikasının vətəndaşı оlmayan, nizamnamə kapitalında хarici fiziki və ya hüquqi şəхsin payı оlan hüquqi şəхslər, ağır və ya хüsusilə ağır cinayətlərə, habеlə ictimai mənəviyyat əlеyhinə оlan cinayətlərə görə əvvəllər məhkum еdilmiş, habеlə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi, yaхud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq еdilmiş şəхslər, siyasi partiyalar və dini qurumlar iştirak edə bilməzlər.

 

 





10.02.2021    çap et  çap et