525.Az

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşır


 

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşır<b style="color:red"></b>

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0,95% artaraq 61,69 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (1-5 fevral) dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 58,91 dollara bərabər olub. Bu, əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,7 dollar və ya 4,8% çoxdur. Belə ki, ötən həftə ərzində ən yüksək göstərici (V gün) – 60,51 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 56,68 dollar səviyyəsində olub.

 





10.02.2021    çap et  çap et