525.Az

FHN əhaliyə müraciət edib - VİDEO


 

FHN əhaliyə müraciət edib - <b style="color:red">VİDEO</b>

Uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki, xəbərsiz olması ilə müşayiət olunur.

525.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumatda bidirilir ki, valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

Bununla bağlı nazirlik valideyləri mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.


 





10.02.2021    çap et  çap et