525.Az

Daha bir kriptovalyuta növü böyük dəyər qazandı


 

Daha bir kriptovalyuta növü böyük dəyər qazandı <b style="color:red"></b>

Dogecoin (Doqkoyn) adlı kriptovalyuta, iş adamı İlon Muskın ”Twitter” platformasında paylaşdığı paylaşımından sonra gün ərzində 50 faizdən çox artaraq 0,05 dollara çatıb və  böyük dəyər qazanıb.

525.az xəbər verir ki, Muskun “Dogcoyn xalqın kriptovalyutasıdır” deyə yayımladığı mesaj on min dəfə ”retweet” edilib. Bu artımda ”Reddit” sosial media platformasında təşkil edilən kiçik investorların da payı olub.

Qeyd edək ki, Doqkoyn, sosial mediada edilən bir lətifə ilə meydana çıxıb. 2013-cü ildə ”Adobe” şirkətində çalışan Cekson Palmer, o dövrdə internetin ən populyar müzakirə mövzularından biri olan kriptovalyutaları və ən çox istifadə edilən Şiba köpəyindən bəhs edərək Doqkoyn terminini ortaya çıxarıb.

El Roman

 





10.02.2021    çap et  çap et