525.Az

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini yekunlaşdırır


 

BDU-da Apellyasiya Komissiyası fəaliyyətini yekunlaşdırır<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası ilə bağlı yaradılmış Apellyasiya Komissiyası fəaliyyətini yekunlaşdırmaq üzrədir.

BDU-nun mətbuat xidmətindən 525.az-a bildirilib ki, 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları və nəticələrindən olan şikayətlərin araşdırılması, obyektiv qiymətləndirmənin, onlayn rejimdə keçirilən imtahanlar zamanı şəffaflığın, obyektivliyin yüksək səviyyədə təmin edilməsi, mümkün münaqişələrin və neqativ halların operativ şəkildə aradan qaldırılması məqsədilə yaradılmış Apellyasiya Komissiyası onlayn fəaliyyət göstərib.

Bu günədək imtahanlarda iştirak edən tələbələrdən 105 nəfər imtahan nəticələri ilə əlaqədar Apellyasiya Komisssiyasına müraciət edib. Müraciətlərin böyük hissəsi iddiaçıların xeyrinə həll edilib.

Apellyasiya Komissiyası ilə əlaqə üçün (+99477) 304 65 43 nömrəli qaynar xəttinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

 





10.02.2021    çap et  çap et