525.Az

Azərbaycan Dillər Universitetində “Çin operası”


 

Azərbaycan Dillər Universitetində “Çin operası” <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) xüsusi yazılmış mətn texnologiya ilə həyata keçirilən musiqi, dialoq, rəqs, akrobatika döyüş hərəkətləri sənətinin elementlərini özündə birləşdirən musiqili dram teatrının ənənəsinə həsr olunmuşÇin operasıadlı tədbir keçirilib.

İnstitutdan “525”ə verilən məlumata görə, tədbiri Çin dili mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov açaraq Azərbaycan ilə Çin arasındakı mədəni əməkdaşlığın səmərəli inkişafından, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsindən, musiqili teatr qrupları ifaçılarının mübadiləsindən söhbət açıb.

Mərkəzin direktoru Azərbaycan-Çin arasında incəsənət sahəsindəki ikitərəfli əlaqələrin qurulmasında inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusilə qeyd edib, Ulu Öndərin Çin Xalq Respublikasına tarixi səfərinin əhəmiyyətindən danışıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilənXocalıya ədalət!” Beynəlxalq təbliğat məlumatlandırma kampaniyası çərçivəsindəİrəliİctimai Birliyi tərəfindən Çin dilində hazırlanmış Xocalı soyqırımı haqqında videoçarx nümayiş etdirilib.

Mərasimdə Azərbaycan peşəkar vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün həyat yoldaşı Adelaida Məmmədova qadın rollarının məşhur ifaçısı, Çin Teatrının Pekin Operasının direktoru Mey Lanfan ilə Bülbül arasındakı dostluq münasibətlərindən danışıb. Adelaida Məmmədova hər iki ölkənin opera incəsənətinin sintezi vasitəsilə Azərbaycan Çin mədəniyyətinin yaxınlaşdırılması üzrə bu iki sənətkarın yaradıcılıq planları ilə bağlı xatirələrini bölüşüb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova musiqi sahəsində Azərbaycan-Çin əməkdaşlığı, ölkəmizdə Çin Xalq Respublikasının səfirliyi ilə birgə keçirilmiş tədbirlər muzeydə qorunub saxlanılan Çin xalq milli alətləri barədə məlumat verib.

Sonra ADUnun regionşünaslıq beynəlxalq münasibətlər fakültəsinin tələbələri Çin operasının müxtəlif regional formaları janrları haqqında məruzələrlə çıxış ediblər. Mərasimdə qonaqlara ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili mədəniyyəti mərkəzi tərəfindən hazırlanmışİlham Əliyevqədim xalqlar dostluğunun müasir davamçısıkitabı hədiyyə olunub.

Tədbirdə, həmçinin Çin opera ənənəvi repertuarındakı filmlərdən məşhur səhnələr nümayiş etdirilmiş, qonaqlar ənənəvi Çin Yeni ilinin bitməsi münasibətilə Fənərlər Bayramı şərəfinə ənənəvi Çin şirniyyatı olan yuansyaonun dadına baxıblar.

Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey iştirak edib.

S.ABDULLAYEVA

 





03.03.2014    çap et  çap et