525.Az

Vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı


 

Türk dünyasının inteqrasiyası üçün yeni imkanlar

Vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığı<b style="color:red"></b>

Bütün xalqlar, o cümlədən türk ulusu dünyaya mədəniyyət bəxş etmək üçün xəlq olunub. Əks halda, xalqların dünyada mövcudluğu mümkün olar, tarixi baxımdan təsbit edilər. Ulu babalarımız bu mədəniyyətin ən önəmli təzahürlərini təkcə Avrasiyanın daşlarına deyil, həm tərəqqipərvər bəşəriyyətin elmi, texniki mənəvi pasportuna həkk etmişlər. Bu gün biz milli kimliyimizi bəyan etmək üçün dünyaya bupasportuqürur hissi ilə təqdim edirik.

Ancaq daim yeniləşən müasir sivilizasiya qanunları bizdən özümüzə bütün dünyaya yeni baxış, yeni münasibət tələb edir. Bu yeniliyin bütün dünyada tanınan, qəbul edilən yetərincə qiymətləndirilən təzahürlərindən biri qeyri-hökumət təşkilatları onların çoxşaxəli fəaliyyət istiqamətləridir.

Bu gün dünyanın aparıcı dövlətləri qərb demokratiyasının üstünlüklərindən sayılan qeyri-hökumət təşkilatlarının fəaliyyətindən qurucu məqsədlər öz maraqları üçün istifadə etməyi bacarırlar. Beynəlxalq əməkdaşlığın tərkib hissəsi olan qeyri-hökumət təşkilatları  BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO başqa nüfuzlu təşkilatlar tərəfindən maliyyələşdirilir himayə edilir.

Təəssüf  ki, müasir dünyada dövlətlər arasındakı münasibətlər əlaqələr yalnız qarşılıqlı, xeyirxah əməkdaşlıqdan, dinc, sülhpərvər qonşuluq niyyətlərindən ibarət deyil. Bu mənada dünyada yaşayan bütün türk toplum cəmiyyətlərinin milli, siyasi digər sahələrdə üzləşdiyi bir sıra ciddi problemləri var. Məhz son illər Türk Dövlət Cəmiyyətlərinin Dostluq, Qardaşlıq Əməkdaşlıq Qurultaylarının keçirilməsi bu problemlərin birgə çözülməsi türkün bütün potensialının hərəkətə gətirilməsi baxımından çox əhəmiyyətlidir. Türk dünyasına aid bir çox tədbirlərin Azərbaycanda, eləcə digər türk dövlətlərində keçirilməsi bu toplantılarda qeyri-hökumət təşkilatlarının iştirakı türk dövlət toplumlarının əməkdaşlıq arealının genişlənməsinə böyük mütəfəkkirfilosof İsmayıl bəy Qaspirallının irəli sürdüyüdildə, fikirdə, işdə birlikformulunun sözün tam mənasında həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir. Digər tərəfdən belə bir möhtəşəm tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın  türk dünyasında önəmini qabartmaqla yanaşı onun bu coğrafiyada məsuliyyətini daha da artırır, həmçinin vətəndaş cəmiyyəti institutlarının daha sıx əlaqədə olmasına kömək edir. Təbii ki, ölkə QHT-ləri bu imkandan səmərəli istifadə etməyi bacarmalı, türk dünyasının işdə əməldə birliyinə öz töhfəmizi verməli, ölkələrimizə qarşı məqsədyönlü şəkildə aparılan siyasətə layiqli müqavimət göstərmək üçün gələcək fəaliyyətlərin əsas istiqamətlərini konkret hədəflərini düzgün müəyyənləşdirməlidirlər.

Bu hədəflər düzgün müəyyənləşdirilsə bütün güclər səfərbər edilsə, onda Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, terrorçu  təşkilat olan PKK-nın tam süquta uğraması, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq Əfqanıstanda yaşayan türklərin haqlarının tanınması, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı digər problemlər öz müsbət həllini daha tez tapa bilər. Məhz bu məsələlərdə türk dünyası qeyri-hökumət təşkilatlarının bir araya gəlməsinə konkret bir fəaliyyət planı hazırlayıb həyata keçirməsinə çox böyük ehtiyac var. Sevindirici haldır ki, son illər bu istiqamətdə ürəkaçan addımlar atılmaqdadır. Demək olar ki, artıq türk dünyasının aparıcı üçüncü sektor təmsilçiləri tez-tez birgə tədbirlərdə iştirak edirlər.

Qeyri-hökumət təşkilatlarının bütün önəmi ondadır ki, onlar hökumətin keçə bilmədiyi sədləri asanlıqla keçə, bir çox həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdıra, dövlət hökumət əlaqələrinə paralel olaraq vətəndaş cəmiyyətləri arasında etibarlı körpü bağlantıları  qura bilirlər. Bu mənada eyni soyu, dili, mədəniyyəti, dini tarixi paylaşan qeyri-hökumət təşkilatlar arasında əlaqələrin yenidən qurulması möhkəmləndirilməsi bir çox problemlərin həllinə yardımçı olur. Heç şübhə yox ki, bu təşkilatlar arasında daha sıx münasibətlərə ehtiyac var. Çünki eyni soyu, dili, mədəniyyəti, dini tarixi paylaşan türk dünyasının üçüncü sektor təmsilçilərinin sıx münasibətləri türk dövlətlərinin beynəlxalq arenada daha böyük nüfuz qazanmasına, öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmasına böyük töhfə verə bilər.

Təcrübə göstərir ki, bu cür əməkdaşlıq bir çox hallarda öz bəhrəsini verir. Təkcə bir neçə il öncə ABŞ Konqresi tərəfindən qondarma erməni soyqırımı haqqında qanun layihəsinin qəbul edilməsinə qarşı dövlət qurumları ilə yanaşı Azərbaycan Türkiyənin QHT diaspor təşkilatlarının təşkil etdiyi müqavimət etiraz tədbirləri öz nəticəsini verdi,  layihənin qəbulu dayandırıldı. Lakin türk dünyasının başı üstündən asılmış beləqılınclarçoxdur. Əgər biz müdriklik, sayıqlıq birlik nümayiş etdirərək, buqılınclarıvaxtında zərərsizləşdirməsək, nəticə bütün türk xalqları üçün arzuolunmaz ola bilər.

Təəssüflə qeyd etmək lazımdır ki, belə bir ortaq problemləri olan türk dövlətlərinin vətəndaş cəmiyyəti institutları, xüsusilə qeyri-hökumət təşkilatları arasındakı əlaqələr arzu olunan səviyyədə deyil. Təəssüf ki, bütün türk dünyasının gücünü artıracaq əməkdaşlıq vasitələrindən yetərincə istifadə edilmir. İlk növbədə türk dövlətləri vilayətlərində fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatlarının biri-birini tanıması, siyasi, iqtisadi mədəni sahələrdə dostluq əməkdaşlıq etməsi üçün müəyyən addımlar daha da genişlənməlidir. Bir-birini tanıyan, əməkdaşlıq edən təşkilatlarım sıraları daha da genişləndirilməlidir.

Bu bir faktdır ki, türk dövlətlərinin dövlət başçılarının zirvə toplantılarında, Türk dövlətlərinin Parlament Assambleyası ilə yanaşı Türk dövlətləri qeyri-hökumət təşkilatlarının iştirakı cəmiyyətlər toplumlar səviyyəsində türk dünyasının daha da yaxınlaşmasına, bütövləşməsinə bir sıra vacib məsələlərin həllinə öz sanballı töhfəsini  verir.

Türk dünyası QHT-lərinin daha da yaxınlaşması üçün bir sıra tədbirlər görülməlidir:  Bunlar aşağıdakılardır: Resurs imkanlar tam şəkildə səfərbər edilərək bütün QHT-lərin bir-birini yaxından tanımaq üçün Türk dövlətləri toplumlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları haqqındaİnformasiya Bankının İnternet Portalının yaradılması; Türk dövlətlərinin qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi qarşılıqlı səfərlərin təşkili; Türk dövlət toplumlarını təmsil edən qeyri-hökumət təşkilatlarının beynəlxalq regional təşkilatlarla əməkdaşlığının gücləndirilməsi, onların  BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi digərlərinə assosiativ üzv olması beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi;

Xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində sistemli ardıcıl fəaliyyətin göstərilməsi; Soydaşlarımızın yaşadığı ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı təşkilatlanması,  o cümlədən dövlət seçkili orqanlarda  onların təmsil olunması;

İndiyə kimi türk dünyasının tam şəkildə həmrəylik nümayiş etdirə bilmədiyi ən ağır  problemlərimiz olan Ermənistanın işğalçı dövlət kimi dünyada tanınması zəbt etdiyi Azərbaycan torpaqlarının boşaldılması, PKK terrorunun birdəfəlik kökünün kəsilməsi, qondarma erməni soyqırımının dünyada ifşa edilməsi, Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq təcriddən çıxarılması, İraq Əfqanıstanda yaşayan türklərin pozulmuş hüquqlarının bərpası, Ahıska türklərinin öz tarixi torpaqlarına təhlükəsiz güvənli bir şəkildə qayıtması, digər ölkələrdə yaşayan türklərin mədəni siyasi hüquqlarının tanınması digər bu kimi taleyüklü məsələlərin həllinə qeyri-hökumət təşkilatlarının bütün potensial imkanlarını səfərbər edə türk dünyasının ən prioritet fəaliyyət istiqamətlərinə çevrilə bilər.

Düzdür, sözügedən sahələrdə müəyyən işlər görülüb, birgə fəaliyyəti koordinasiya edən bəzi birliklər yaradılıb ki, onlar da ürəkaçan işlər həyata keçirirlər. Amma bunların sayı, habelə türk dünyası QHT-lərinin əməkdaşlıq əlaqələri daha da genişlənməlidir. İldən-ilə bu sahədə nəzərəçarpan irəliləyişlərin olması isə gələcəyə daha böyük ümidlə baxmağa əsas verir.

AQİL

 





03.03.2014    çap et  çap et