Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Nikolson Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasında iştirak edib.
525.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə B. Nikolson “Twitter”də bildirib.
“Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış etməkdən məmnunam. Britaniyanın Cənub Qaz Dəhlizinə töhfəsi, layihənin enerjinin şaxələndirilməsi və təhlükəsizliyindəki rolu qürurvericidir. Strateji enerji əməkdaşımız olan Azərbaycanı bu uğur münasibətilə təbrik edirəm!”, - deyə, ticarət elçisi qeyd edib.
çap et