525.Az

“Ümid edirik ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq”


 

“Ümid edirik ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq”<b style="color:red"></b>

Əfqanıstan İSAF missiyasının müddəti bitdikdən sonra da sabitliyin bərpasında Azərbaycanın kömək edəcəyinə ümid bəsləyir.

APA-nın məlumatına görə, bunu Əfqanıstanın Müdafiə Nazirliyinin ümumi hərbi siyasət və insan resurları şöbəsinin müdiri Mohd Qasem Vardak bəyan edib.
 
O qeyd edib ki, Azərbaycan Əfqanıstan üçün dost və qardaş ölkədir.
 
“Biz ölkənizin inkişaf templərinə görə sevinirik”, - deyə M.Vardak vurğulayıb.
 
M.Vardakın sözlərinə görə, Azərbaycanla Əfqanıstan oxşar problemlərlə qarşılaşıb: “Müstəqillik əldə etdikdən sonra Azərbaycan çətinliklərlə qarşılaşıb və onları dəf edib. Biz ümid edirik ki, Azərbaycan eyni problemlərlə üzləşən Əfqanıstana yardım edəcək. Ümid edirik ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda fəaliyyət göstərəcək”.

 





03.03.2014    çap et  çap et