525.Az

Teymur Rəcəbov yarımfinalda uduzdu


 

Teymur Rəcəbov yarımfinalda uduzdu<b style="color:red"></b>

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinə start verilib.

525.az-ın məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın altıncı günündə yarımfinalın ilk matçları keçirilib.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Matça qara fiqurlarla başlayan təmsilçimiz ilk görüşdəki məğlubiyyətin əvəzini ağlarla çıxıb. Lakin 3-cü partiyada da So ağ rənglə oynamağından yararlanaraq növbəti dəfə önə çıxıb. Günün son partiyasında isə heç heçə qeydə alınıb.

Digər yarımfinalda Maqnus Karlesn (Norveç) Maksim Vaşye-Laqravla (Fransa) qarşılaşıb. Matçın taleyini üç oyunda həll edən norveçli dünya çempionu asan qələbə qazanıb – 2,5:0,5. Yarımfinalın ikinci matçları sabah baş tutacaq.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

“Opera Euro Rapid”
Yarımfinal, ilk matç
11 fevral
20:00. Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) - 2,5:1,5 (1:0, 0:1, 1:0, 0,5:0,5)

 





11.02.2021    çap et  çap et