525.Az

Yaşam boyu sürən dostluq (Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)


 

Yaşam boyu  sürən dostluq <b style="color:red">(Əli bəy Hüseynzadə və Əhməd Ağaoğlu)</b>

Mənsub olduqları xalqın mədəniyyət mənəviyyat tarixində mühüm izlər qoyan şəxsiyyətlərin dostluğu, qarşılıqlı insani münasibətləri, onları biri-birinə bağlayan gözəgörünməz tellər məni həmişə maraqlandırıb, düşündürüb.

Çünki sənət adamlarının dostluğu (söhbət növbətçi sağlıqlar, tostvari rəylər, yaxud yubiley məqalələri səviyyəsindəki dostluqdan getmir) heç asanlıqla baş tutan məsələ deyil. Yaradıcı şəxsin öz həmkarının uğurunu həzm etməsi, üzdə deyil, ürəkdə sevinməsi, xudbin şəxsi hissləri bir tərəfə ataraq milli maraq peşə təəssübü baxımından həqiqi iftixar duyması çətin işdir. Bu təkcə hər şeyin həmişə daha ifrat xarakter aldığı Şərqdə deyil, Avropada da belə olmuşdu. belədir. Sadəcə, məşhurMotsart Salyerisindromunu xatırlamaq kifayətdir...

Bizə gəldikdə isə...

İndi cəmiyyətimizdə iddialılıq, bəyənməzlik, alçaq dağların yaradıcısı olmaq, nəyinsə banisi sayılmaq mərəzi o qədər geniş yayılıb ki, müasirlərimizlə bağlı bu barədə sadəcə danışmağa lüzum görmürəm.

Amma tarixi təcrübə var.

Nizami Xaqaninin vəfatı münasibəti ilə yazdığı təsirli mərsiyədə taleyin ədalətsizliyindən şikayətlənir, ölümünə mərsiyəni dostu Xaqanidən umduğu halda bu acı vəzifəni özünün icra etməsindən ürək ağrısı ilə söz açırdı.

Vaqiflə Vidadininfələyin bir-birindən acı, amansız zərbələrini yesələr , “dünyanın  əzabını toy-bayramsayan iki müdrik insanın, iki söz ustadının həyatlarının sonuna qədər davam edən dostluğu da işıqlı nümunələrdən sayıla bilər.

Mirzə Fətəli Axundzadənin arxivində işləyərkən onun həmin dövrün başqa böyük azərbaycanlısı, eyni şəhərdə yaşadığı, eyni dövlət qulluğunda çalışdığı Abbasqulu ağa Bakıxanovla hər hansı münasibətini, dostluq əlaqəsini, yaradıcılıq bağını aşkara çıxarmağa çox çalışmışdım.

Mirzə Fətəlinin zəngin epistolyar irsində, rəsmi yazışmalarında yalnız bir yerdə Abbasqulu ağanın adına təsadüf etmişdim. Qafqazın ali baş komandanına ünvanladığı rəsmi raportda böyük dramaturq maaşının azlığından, ehtiyac içərisində yaşamasından, hətta paltarının köhnəliyindən şikayətlənir, özündən əvvəl həmin vəzifədə çalışan polkovnik Bakıxanovun zəngin olduğu üçün maaşa o qədər ehtiyac duymadığını rəhbərliyin diqqətinə çatdırırdı.

Bakıxanovun da şəxsən tanıdığı, hətta evində olduğu  Puşkinin ölümü ilə əlaqədar özününŞərq poemasıilə birdən- birə Qafqazda Rusiyada məşhurlaşan gənc soydaşı, həmvətəni haqqında hansısa bir fikir deməsi, münasibət bildirməsi faktı ədəbiyyat tarixçilərinə bəlli deyil.

Sadəcə bu qədər!

Sent-Ekzüperinin sevgi haqqında dəqiq müşahidənin məhsulu olan məşhur  fikri var. “Balaca şahzadənin müəllifi deyirdi ki, sevmək biri-birinə baxmaq deyil, iki nəfərin bir tərəfə, bir istiqamətə  baxmasıdır.

Dostluğun da əsasında sevgi dayanır. dostlar da yalnız biri-birinə deyil, bir səmtə, bir tərəfə baxanda, bir əqidəyə qulluq edib bir amal uğrunda mübarizə aparanda daha böyük işlər görməyə qadir olurlar.

Sadəcə biri-birinə baxanlar isə saxta qarşılıqlı təriflərdən, biri-birini boğazdan yuxarı öyməkdən çox  uzağa gedə bilmirlər.

Yaradıcı insanların şəxsiyyət sənətlərində müşahidə edilən oxşar münasibətlər tədqiqatçıların əsərlərində adətən bir qədər şablon səslənsə ideya qardaşlığıadlandırılır.

Belə qardaşlıq XX yüzillikdə Azərbaycanın Türkiyənin (həm Osmanlı imperiyasının, həm Türkiyə Cümhuriyyətinin) siyasi, mədəni mənəvi tarixində mühüm izlər buraxmış iki görkəmli həmvətənimizinƏli bəy Hüseynzadə Əhməd Ağaoğlunun münasibətləri üçün səciyyəvi olmuşdu. Sonuncu haqqında sanballı tədqiqatın müəllifi olan amerikalı türkoloq Holli Şissler XX yüzilliyin bu iki görkəmli azərbaycanlısının qarşılıqlı münasibətlərini çox dəqiq şəkildəyaşam boyu sürən bir dostluqkimi dəyərləndirmişdi.

Biri Salyanda, Qafqaz şeyxülislamının müəllim oğlunun ailəsində dünyaya gəlmişdi. İkincisi Şuşada, orta hallı, lakin vüqarlı, zəmanəyə uyğunlaşmağı bacaran, həyatdan zövq almağın yollarını bilən bəy ailəsində doğulmuşdu. Təbii ki, valideynlərindən irsən əxz etdikləri keyfiyyətlər onların təbiət xarakterlərinin formalaşmasında mühüm rol oynamışdı.

Hər ikisi  təhsilə mədrəsə tipli başlamışdı. Mədrəsə adı eşidən kimi burada dərhal  gerilik, cəhalət əlamətləri axtarmağa lüzum yoxdur. Doğrudur, təlim-tərbiyənin sxolastik əsaslar üzərində qurulduğu mədrəsələrlə mükəmməl dünyəvi təhsil verən klassik, yaxud real gimnaziyalar arasında yerlə göy qədər fərq vardı. Amma müsəlman mədrəsələrinin çalışqan, bacarıqlı, biliyə həvəs göstərən şagirdləri oradan tamamilə əliboş çıxmırdılar. Ən azı fars dilini, islam tarixini, şəriətin əsaslarını öyrənir, Şərqə müəyyən dərəcədə bələd olurdular.

İstər Əli bəyin, istərsə Əhməd Ağaoğlunun əski üsullu təhsilin bütün mümkün faydalarından yararlandıqlarını söyləmək mümkündür. Çünki ilk imkan yaranan kimi mükəmməl bildikləri rus dilindən imtina edərək ana dilində yazmağa başladılar. (Müqayisə üçün deyim ki, ümumi dostları, dövrün böyük ziyalısı vətənpərvəri kimi tanınan Əlimərdan bəy Topçubaşov ömrünün sonuna qədər bunu bacarmamışdı). Hər ikisi islam Şərqinə, müsəlman-türk dünyasına bələdlikləri ilə seçilirdi. Bu isə özünü ilk növbədə onların islam türk birliyinin tarixi- ideoloji əsaslarını formalaşdıran əsərlərində aydın şəkildə görünməkdədir.

Maraqlıdır ki, sonralar qələm adamı kimi şöhrətlənsələr , ikisinin ilk seçimi dəqiq elmlər sahəsi olmuşdu. Əli bəy 1889-cu ildə Peterburq universitetinin fizika-riyaziyyat fakültəsini  bitirmişdi. Əhməd Ağaoğlu isə 1888-ci ildə Peterburq Texnologiya İnstitutuna bütün imtahanları uğurla vermişdi. Yalnız sonuncu imtahanda onu yəhudi sayan antisionist triqonometriya professorunun qəzəbinə uğradığından (əslində, Əhməd bəy özünün yazdığı kimi, tənliyin cavabını düzgün tapmışdı, lakin nəticəyə hansı yolla gəldiyini izah edə bilməmişdi)  Şimal paytaxtı ilə vidalaşıb Parisə üz tutmalı olmuşdu.

İki imperatorluq arasında: Əhməd Ağaoğlu yeni Türkiyəkitabının müəllifi Ada Holli Şisslerin qənaətinə görəAğaoğlu həyatında çox önəmli rol oynayacaq iki insanla da Peterburqda tanış olmuşdu: onlar Hüseynzadə Əli bəy Topçubaşi Əlimərdan bəy idi”. Həmin dövrdə Peterburqda ali təhsil alan azərbaycanlı gənclərin cəmi bir neçə nəfər olduqlarını xatırlasaq, burada qeyri-inandırıcı görünəcək heç bir şey yoxdur.

Növbəti təmasları isə  aradan illər keçəndən sonra əbədi rahatlıq tapacaqları İstanbulda baş tuta bilərdi. 1894- ildə Fransada təhsilini başa vurub Vətənə dönən Əhməd bəy dörd ay Osmanlı paytaxtında qalmış, yeniləşmə islahat hərəkatının bir sıra tanınmış nümayəndələri ilə görüşmüşdü. Doğrudur, xatirələrində onlardan yalnız ikisinindövrün təhsil naziri Münif Əfəndinin nəşr etdiyiMizanqəzetinə görə Mizançı Murad adı ilə tanınan Mehmet Murad Dağıstaninin adını çəkir. Amma Fransada İttihad Tərəqqi cəmiyyətinin öndə gələnləri, xüsusən Əhməd Riza ilə dostluq əlaqələri qurmuş Əhməd bəyin bu hərəkatın İstanbuldakı liderləri, ilk növbədə isə həmvətəni Əli bəy Hüseynzadədən uzaq durması o qədər inandırıcı görünməməkdədir.

Adlarının qoşa çəkildiyi ilk mənbə Ə.Topçubaşovun redaktəsi altında çıxanKaspiqəzetidir. Əhməd bəy 1898-ci ildən bu mətbu orqanın əsas müəlliflərindən biri idi. Sultan II Əbdülhəmidin məxfi polisinin təqiblərindən qurtarmaq üçün 1903- ildə tarixi vətəninə dönən Əli bəy tezlikləKaspicameəsinə qoşulmuşdu. Az bir zaman içərisində buqüdrətli üçlükAzərbaycanın ictimai mühitində mətbuat həyatında köklü dəyişikliklərə imza atmışdı. Həm təkcə Azərbaycanla kifayətlənməmişdilər. Fəaliyyətlərinin hüdudlarını genişləndirərək bütün Rusiya türklərini bir ideya ətrafında birləşdirməyə çalışmışdılar. Peterburqa göndərilən nümayəndə heyətlərinin tərkibində, həmvətənlərinin hüquqlarının qorunmasında, Rusiya türklərinin ilk qurultayının təşkilatçıları arasında Ə.Ağaoğlu, Ə.Topçubaçov Ə.Hüseynzadənin adları birlikdə çəkilirdi.

Tanışlıqlarının ilk günlərindən can atdıqları ən böyük arzularına isə 1905-ci ilin iyununda çatmışdılarH.Z.Tağıyevin sahibi-imtiyaz, Ə. Topçubaşovun naşir, Ə.Hüseynzadə Ə. Ağaoğlunun müdir (burada redaktor mənasındaV.Q.) olduqlarıHəyatqəzeti nəşrə başlamışdı. Yusif AkçuraTürkçülüyün tarixiəsərində bu məsələdə sonuncu iki şəxsi xüsusi fərqləndirərək yazırdı: “Daha öncə Axundzadələr, Məlikzadələr, Ünsizadələr Qafqazda türk milli duyğu şüurunun oyanmasına az-çox təsir etmiş olmaqla bərabər, bu şüurun qüvvətli bəlli bir hala gəlməsi, iddia edilə bilər ki, Azərbaycanda gündəlik mətbuatın nəşrindən etibarən başlayır. bu böyük işin ilk xadimləri Hüseynzadə ilə Ağaoğludur”.

1903- ildən həyatlarının sonuna qədər dostluq edən Əli bəylə Əhməd Ağaoğlu təbiət etibarı ilə tamamilə fərqli insanlar idilər. Maqnitin əks qütbləri biri-birini özünə çəkdiyi kimi onları da çox güman, xarakterlərindəki ziddiyyətlər  bağlayırdı. Odur ki, Əli bəyin güclü şəxsiyyətinin təsirini hər zaman üzərində hiss edən Səməd AğaoğluAtamın dostları  kitabında gerçək təəccüblə yazırdı: “Bu iki insanatamla onun dostu bir-biri ilə necə dil tapmışdılar? Atam əsəbi, sərt, həmişə hara isə tələsən, dostu isə yumşaq, sakit, ağır tərpənişli idi. Lakin təbiətlərindəki bu fərqlərə baxmayaraq mübarizələrini ifadə edən qəzetlər çıxardılar, birlikdə istiqlal hərəkatına qoşuldular, gizli cəmiyyətlər yaratdılar”.

Gerçək həyatda isə bütün bunlar o qədər asan başa gəlmirdi. Doğrudur, qəzetçilik məsələsində Əli bəy yaşca özündən kiçik olan Əhməd Ağaoğlunun biliyini, təcrübəsini qiymətləndirir, onun mülahizə məsləhətləri ilə hesablaşırdı. Lakin sonuncunun hədsiz tələbkarlığı, sərtliyi, hövsələsizliyi bəzən hətta Əli bəy kimi olduqca səbirli adamı da haldan çıxara bilirdi. Hər ikisinin ilk gənclik illərini arxada qoyduqları bir vaxtda bəzən gecikmiş yazı üstündə qovğaya da  çıxmışdılar. Qəribədir ki, belə hallarda məhz yazının xətrinə yumşalan, hətta təslim bayrağını qaldıran Əhməd Ağaoğlu olmuşdu. Əli bəy Hüseynzadə xatırlayırdı:

Qafqazda Əhməd bəylə birlikdə qəzet çıxarırdıq. Bir gün mənim öhdəmə düşən hissəni vaxtında yazmamışdım. Əhməd bəy gəldi, üçün yazmadığımı soruşdu. Bəlkə bir az əsəbi idim. Ona görə sərt cavab verdim. O da sərtləşdi. Münaqişə ağır hal aldı. Necə oldu, bilmirəm, birdən birə ayağa qalxdım, kətili götürərək Əhməd bəyin üstünə yürüdüm. Bunu edərkən onun da eyni işi görəcəyini düşünürdüm. Lakin o, irəli gələrək önümdə dayandı, boynunu bükdü:

Vur! – dedi. – Amma yazını ver”.

Yəqin ki, Şuşada yaşadığı illərdə qudurğan bəylərin qabağından qaçmamaq üçün daim üstündə tapança gəzdirən Əhməd bəy yalnız sözün xətrinə bu cür təbiətinə uyğun gəlməyən güzəştə gedə bilərdi.

Proqram kimi elan olunmasa da, “türkləşmək, islamlaşmaq, müasirləşməkideyasıHəyatın ilk sayından etibarən hər iki əqidə dostunun əsas amalı, amacı idi. Əhməd bəy ilk saya yazdığı baş məqalədə vurğulayırdı ki, “əgər biz irəli getmək həyati birliyə malik millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim irəliləmək istəyimiz, həyat şərtlərimizi yaxşılaşdırmaqla bağlı arzularımız İslam qanunlarına bağlı şəkildə əldə edilə bilər” (Qafqaz Senzura Komitəsinin rus dilinə çevirdiyi mətndən tərcümə olunmuşdurV.Q.)

Təxminən eyni dövrdə işıq üzü görən başqa yazısında isə islam ümmətindən olduqlarını unutmamağa səslədiyi həmvətənlərini türk millətinə mənsubluqlarını da yadda saxlamağa çağırırdı: “Bizim toplum yalnız dini toplum olmayıb həm etnik varlıqdır. Çünki bütün Rusiya müsəlmanları kiçik istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar,  ümumi dildə danışır eyni inancı paylaşırlar”.

Müasirləşmə, Qərbin bəşəri dəyərlərinə uyğunlaşma isə Ə.Ağaoğlunun bütün publisist yaradıcılığından, ictimai fəaliyyətindən qırmızı xətt kimi keçirdi.

Oxşar fikirlər Əli bəy HüseynzadəninHəyatsəhifələrində yer alanTürklər kimdir kimlərdən ibarətdir?”, “Bizə hansı elmlər lazımdır?”, “Yazımız, dilimiz, ikinci ilimizkimi proqram mahiyyətli yazıları üçün səciyyəvi idi. Əli bəy   dostunun səsinə səs verərək yazırdı: “Müsəlmanlar özəlliklə türklər hər yerdə olursa olsunistər Osmanlıda, istər Türküstanda, istər Baykal gölünün ətrafında, ya Karakorum civarında olsun, bir-birlərini tanıyacaq, sünnilik şiəlik daha bilməm nəlik adları ilə məzhəb təəssübünü azaldıbQurani-Kərimi anlatmaya qeyrət edəcək, dinin əsasınınQuranolduğunu biləcək olurlarsa, əl verməzmi?”

Hər cəhətdən biri-birini tamamlayan iki intellektualın, iki inanclı fikir adamının birgə fəaliyyətiHəyatı yeniləşmək istəyən Azərbaycan cəmiyyətinin əsas tribunasına çevirə bilərdi. Lakin alınmamışdı. Qəzetə müştərək redaktorluqları yalnız 1905-ci ilin sonuna qədər davam etmişdi. 101-ci say birgə imzaladıqları sonuncu say olmuşdu. Bundan sonra mətbuat aləmindəki yolları ayrılmışdı. “Həyatın növbəti, 102-ci sayında Əhməd Ağaoğlunun Əli bəyə ünvanlanmış qısa məktubu yer almışdı. Məktubda deyilirdi: “Sevgili qardaşım Əli bəy! Təvəqqe edirəm ki, qəzetinizdə məlum edəsiniz ki, mən bundan sonraHəyatmüdirliyindən xaric olubHəyatilə heç bir əlaqəm yoxdur”.

Əhməd bəyin həyatı qədər sevdiyiHəyatdan getməsinin səbəbi idi? Burada qəzetin digər redaktoruƏli bəy Hüseynzadə ilə meydana çıxan hər hansı fikir ixtilafının anlaşılmazlıqların rolu ola bilərdimi?  Mətbuat tariximizi araşdıranlar indiyə qədər bu məsələyə aydınlıq gətirməmişlər.

Əhməd Ağaoğlunun 1905-ci ilin payızında istirahətə getdiyi Mərdəkandan Əli bəyə yazdığı iki məktub onunHəyatla vidalaşmasının tam fərqli səbəblərdən qaynaqlandığını qətiyyən Əli bəylə bağlı olmadığını göstərməkdədir.

Maraqlıdır ki, hər iki məktub fransız dilində qələmə alınmışdır. XX yüzilliyin əvvəllərində Bakıda ana dilini, Osmanlı türkcəsini, daha geniş yayılan rus dilini mükəmməl bilən iki Azərbaycan ziyalısının fransızca yazışması qəribə deyilmi?

Məktubların, xüsusən ikinci məktubun məzmunu bu qəribəliyin izahını tapmağa kömək edir. Hər şeydən öncə qeyd etməliyəm ki, Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar tərəfindən Egey universiteti Ədəbiyyat fakültəsi Türk dili ədəbiyyatı bölümünə hədiyyə edilən bu məktublar ilk dəfəTürk yurdujurnalının 2011-ci ildə çıxan 284- sayında türk tədqiqatçısı Yılmaz Özkaya tərəfindən xanım Selin Yüceatakın tərcüməsində nəşr edilmişdir.

Əzizim Əli bəy!” – müraciəti ilə başlayan Qardaşın Əhmədsözləri ilə bitən birinci məktub daha çox işgüzar xarakter daşıyır müvəqqəti olaraq vəzifəsinin icrasından uzaqlaşmış Əhməd Ağaoğlunun qəzetin növbəti saylarının hazırlanması ilə əlaqədar bəzi mülahizə məsləhətlərini özündə əks etdirirdi. Ağaoğlu yazırdı: “İşlər necədir? Gündəlik çıxan qəzeti idarə etmək asandırmı? Əziz dostum, səndən sadəcə ermənilərə çox üz verməməyi rica edirəm. Belə münasibət onları axmaqlıq dərəcəsinə çatacaq qədər cəsarətləndirir. Digər tərəfdən, çox elmi dildən istifadə etmək oxucuları yora bilər. Bundan qaçmaq lazımdır. Qəzet üçün materialla bağlı əndişəyə düşməyinə əsla lüzum yoxdur. Sizə lazımi miqdarda  mövzularla təmin edəcəyəm.

Bu məktubla bərabər bir baş məqalə mövzusu, habelə bəzi daxili xarici xəbərlər göndərirəm. Xəbərləri ardıcıllıqla düzmüşəm. Mehdiyə (çox güman ki, Mehdi bəy Hacınski nəzərdə tutulurV.Q.) de ki, onları nömrələr əsasında çapa hazırlasın. Çünki həmin sıralanmanı xəbərlərin mühümlüyünə görə etmişəm.

Bazar ertəsi şəhərə geri dönəcəyimə görə sənin bura gəlib həftə boyunca dincəlməyin yaxşı olardı. Mehdi digərlərinə salam söylə.”

Məktubdakıermənilərə üz verməməkməsələsinə aydınlıq gətirməyə ehtiyac duyulur. Əhməd Ağaoğlunun cəsarəti prinsipiallığı nəticəsindəHəyatqısa  müddət ərzində Cənubi Qafqazda ağalıq fikrinə düşmüş erməni millətçilərinə qarşı mübarizənin əsas ifadəçisinə çevrilmişdi. Holli Şisslerin yuxarıda istinad etdiyim kitabında da vurğulandığı kimi, onun erməni məsələsi ilə bağlı məqalələrindəermənilərə qarşı sərt meydan oxuyan vəziyyət diqqət çəkicidir. Türklərin hər hansı bir təhdidə eyni şəkildə cavab verəcəkləri barədə xəbərdarlığı, Rusiyaya sədaqət məsələsindəki ikiüzlülüyə qarşı çıxması da bu qəbildəndir”.

Ona görə , Əhməd bəy qəzetdən uzaq düşdüyü bir-iki həftə ərzində mövcud kursu zəiflətməməyi zəruri sayırdı. Bu baxımdan birinci məktubun fransızca yazılmasının səbəbi  müəyyən dərəcədəerməni məsələsiola bilərdi.

İkinci məktub isə böyük ehtimalla bir tərəfdənHəyatın imtiyaz sahibi naşiri (H.Z. Tağıyev, Ə. Topçubaşov) , o biri tərəfdən isə redaktorları (Ə. Hüseynzadə, Ə.Ağaoğlu) arasındakı münaqişədən bəhs etdiyinə görə fransız dilində qələmə alınmışdı. Başqa sözlə desək, Əhməd bəy məktubun ələ düşəcəyi təqdirdə oradakı mülahizələrin dərhal açıqlanmaması qayğısına qalmışdı.

Münaqişənin kökündə xeyirxah Hacının qəzetin işinə müdaxilə etməsi, onun istiqamətinə, mövzu mündəricəsinə istiqamət vermək istəməsi dayanırdı. Təbii ki, Hacı Zeynalabdin qəzet oxumurdu. Bütün bu məsələlərdə başlıca məlumat mənbəyi məsləhətçisi naşirƏ. Topçubaşov idi. Əlimərdan bəy öz növbəsində Hacının adı ilə bağlı nəşrin daha mötədil, ehtiyatlı kurs götürməsinin tərəfdarı kimi çıxış edir, Tiflis Peterburqla qarşıdurma yaratmamasına çalışır, bu baxımdan Əhməd bəyin istər müsəlman həmrəyliyi türk birliyi, istərsə erməni mövzusu ilə bağlı ortaya kifayət qədər sərt mövqe qoyan çağırış ruhlu yazılarını təhlükəli sayırdı. belə düşünmək üçün müəyyən əsası vardı. Çünki ilk saylarından etibarənHəyatQafqaz Senzura Komitəsinin erməni əsilli senzorları Kişmişevlə Qaraxanovun Peterburqa göndərdikləri donosların əsas hədəfinə çevrilmiş, qəzetin hər an bağlanma təhlükəsi yaranmışdı. 

Əli bəy Leninin məşhur ifadəsi ilə desək, burjua cəmiyyətində yaradıcı şəxsin kapitalistin pul kisəsindən asılı olduğunu bilsə , yaranmış qarşıdurmada dostunun mövqeyində dayanmışdı. Bunu Əhməd bəyin məktubundakı aşağıdakı sətirlərdən görmək mümkündür:

Qəzetin dünənki sayı məni üzmüşdü. Bu günkü sayı isə o qədər razı saldı.

Məni dəstəklədiyin üçün çox təşəkkür edirəm. Bu, şəxsi bir sevgi nümayişi deyil. Xeyr! Bütün məsələ sərvət, sərmayə, yaxud başqa yolla, bir sözlə, pul hesabına güc sahibinə çevrilmək istəyən qaba bir adamla azad müstəqil olmağa can atan bilikli, bacarıqlı insan arasındakı uçurumdadır. Azad, sərbəst olmamız   lazımdır. Hələ dünənə qədər ticarətlə uğraşan bu gün ancaq bir bank sahibi ruhuna malik bir insanın mayasında duyğu düşüncə dayanan belə böyük,  müqəddəs davaya qarışmasına göz yummamalıyıq”.

Təfərrüatını bilmədiyimiz mövqe toqquşması başlanğıcda Əli bəylə Əhməd Ağaoğlunun üstünlüyü ilə nəticələnmişdi. Yaradıcılıq azadlığını hər şeydən üstün tutan, üstəlik xarakter etibarı ilə yumşaq, həlim təbiətli dostunu da buna səsləyən Əhməd bəy fransızca məktubunda daha sonra yazırdı:

İlk zəfərimizi belə qazandıq. Möhkəm dayansaq, daha neçələrini qazanacağımıza əminəm. Sabah həmin adam (çox güman ki, söhbət qəzetin naşiri Ə. Topçubaşovdan gedirV.Q.) burada olacaq. Hacının qarşısında şiddətli bir çarpışma yaşayacağıq. Çünki mən bu adamın heç bir şeyə qarışmasını istəmirəm. Əvvəl Hacı da mənə qarşı çıxırdı. Lakin fikirlərimdə qərarlı olduğumu görüb vaz keçdi. Sən güclü qərarlı ol. Kimsənin sənsiz bir görməsinə izin vermə”.

Təbii ki, Əhməd bəy maarif mədəniyyətə göstərdiyi böyük qayğıya görə Hacı Zeynalabdinə minnətdar idi. Eyni zamandaKaspi yeddi ilə yaxın çiyin-çiyinə çalışdığı Əlimərdan bəyə böyük hörmət bəsləyirdi. Onların hər iksininHəyatın ərsəyə gəlməsindəki xidmətini  yüksək qiymətləndirirdi. Lakin bununla bir sırada cəmiyyətdə pul, sərvət sahibinin deyil, ziyalının aparıcı qüvvə olmasını ən mühüm amil sayırdı. Qəzetin pul verənin deyil, dövrün zamanın istəyinə uyğun olmasını jurnalistlik fəaliyyətinin əsas prinsiplərindən sayırdı. Ona görə , mövqelərindən çəkilməmək, “Həyatı öz istədikləri şəkildə çıxarmaq üçün bundan sonra da Əli bəylə birgə olmalarının zəruriliyini vurğulayırdı:

Müsəlman camaata ağlın qaba qüvvət qarşısında əzildiyini göstərən örnək deyil, əksinə, hətta heç nəyin olmasa belə müstəqillik sərbəstliyin qalib gəldiyini sübuta yetirən örnək verməliyik. Bu da ancaq birlikdə bir-birimizə inanıb hərəkət etdiyimiz, biri-birimizə dəstək verdiyimiz halda mümkün olacaq”.

Üzərində bu qədər geniş dayandığım proqram xarakterli məktub başqa bir həqiqəti üzə çıxarır: “Həyatın iki eyni hüquqlu redaktorunun mövcudluğuna baxmayaraq Əhməd Ağaoğlu bəlkə təbiətindən irəli gələn bir ötkəmliklə daha dominant rol oynayırdı. Bütün məsələlərdə dostuna inanan Əli bəy isə heç bir yerdə təsbit olunmamış bu oyun qaydasını qəbul edirdi. Həmin cəhət müəyyən hökm səciyyəsi daşıyan aşağıdakı sətirlərdə öz əksini tapmışdı:

Cümə bazar günü sayları üçün məqalə məktubları Mehdinin adına göndərirəm. İbrahimovun (qəzetin müəlliflərindən biri, Simbirsk quberniyasından olan tatar jurnalisti, sonralar Bakıdaİqbalqəzetini nəşr edən Sənətulla İbrahimovAynulov nəzərdə tutulurV.Q.) məktublarını mən baxmadan çapa vermə”.

Əli bəy tərəfindən dəstəklənən Əhməd Ağaoğlu  bəlli bir nöqtəyə qədər müqavimət göstərmişdi. Lakin imtiyaz sahibi naşirlə münaqişənin sonda qəzetin başında çatlayacağı düşüncəsi onu öz inadından əl çəkməyə vadar etmişdi.

Beləliklə, “Həyatdakı birgə fəaliyyət başa çatmışdı. Amma dövrün dəyişən şərtləri Əhməd bəyə yenə aparıcı simalardan biri kimi mətbuat aləmində qalmaq imkanı yaratmışdı. Çünki çar II Nikolayın Rusiyada günü-gündən artan narazılığın qarşısını almaq üçün imzaladığı 1905-ci il 17 oktyabr Manifesti milli ucqarlara da müəyyən liberallıq əhval-ruhiyyəsi azadlıq havası gətirmişdi. Şəraitdən yararlanan Əhməd bəy müstəqil qəzet təsis etmək qərarına gəlmiş növbəti il yanvarın 8- onun redaktorluğu ilə yeni gündəlik qəzetin – “İrşadın ilk sayı işıq üzü görmüşdü. Təbii ki, bu dəfə başqa bir kapitalistin pul kisəsindən yararlanmaq lazım gəlmişdiqəzet Bakıdakı bir sıra mədəni təsisatlara səxavətlə pul xərcləyən İsa bəy Aşurbəylinin maddi dəstəyi ilə çıxırdı. Əlamətdar haldır ki, “İrşadı ilk alqışlayanlardan biri Əli bəy Hüseynzadə olmuşdu. O, dostunun rəhbərlik etdiyi nəşriƏkinçiHəyatdan sonraxalqın ikinci sözüadlandırmaq kimi böyük ürəklilik nümunəsi göstərmişdi...

Əslinə  baxanda Əhməd AğaoğlununHəyatla üzülüşməsi nəticə etibarı ilə milli mətbuatın xeyrinə olmuşdu. Çünki o, əvvəlcəİrşad”, ardınca isəTərəqqikimi daha cəsarətli, radikal milliyyətçi mövqe tutan, geniş oxucu auditoriyasına malik qəzetlər yaratmışdı. Bundan daha mühüm olanı isə Üzeyir Hacıbəylinin çoxcəhətli istedadının daha bir sahəsiningüclü publisist məharətinin meydana çıxmasına parlamasına yol açması sayılmalıdır...

LakinHəyatdan uzaqlaşma tamamilə izsiz ötüşməmişdi. Arada inciklik qalmışdı. Həmin vaxtdan etibarən Azərbaycanı tərk etdiyi günə qədər Əhməd bəy H.Z. Tağıyevin maliyyələşdirdiyi heç bir layihəyə qatılmamışdı. Görünür, ürəyinin dərinliklərində Ə. Topçubaşovu da bağışlaya bilməmişdi. Hətta aradan on beş il keçəndən sonra, Malta sürgünündə olduğu vaxt bəzi dostları xilas yollarından biri kimi Parisdəki Azərbaycan nümayəndə heyətinin başçısı Ə. Topçubaşova müraciət etməyi məsləhət görəndə Əhməd bəy xanımına 28 fevral 1920-ci il tarixli məktubunda əsəbi tərzdə yazmışdı: “Topçubaşovun adresini göndərmisiniz. Ona yazmaqdan vaz keçdim. Bihudə yerə minnətdar olmaq istəmirəm. Hər kəsi tanıdıq, öyrəndik. Getsinlər, zövq səfalarını sürsünlər”. Bu sətirlərdə  həmin əski incikliyin əks-sədasını sezməmək mümkün deyildir...

(Ardı var)

 





03.03.2014    çap et  çap et