525.Az

AXCP qərargahının zirzəmisində güclü partlayış


 

AXCP qərargahının zirzəmisində güclü partlayış<b style="color:red"></b> Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının zirzəmisində güclü partlayış baş verib. Lent.az-ın məlumatına görə, bunu partiyanın mətbuat katibi Natiq Ədilov “facebook” səhifəsində bildirib. O qeyd edib ki, partlayış partiyanın zirzəmisindəki bərbərxanada, gecə saat 04:35 radələrində baş verib. Partlayış nəticəsində qərargaha ziyan dəyib.
 
 Hadisə vaxtı xəsarət alan olmayıb.
 
__________________________  
Bakı şəhəri Nərimanov rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada yanğınla nəticələnən partlayış baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi məlumata görə, nəticədə bərbərxananın yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub.
 
Bina yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





03.03.2014    çap et  çap et