525.Az

Gözümüz qapıda qalıb, Tofiq abi...


 

Gözümüz qapıda qalıb, Tofiq abi...<b style="color:red"></b>

Sənə səslənirəm, Tofiq abi. Uzun müddətdir birgə çalışdığımız “525-ci qəzet bu yazını oxumağa artıq fiziki imkanın olmasa da, ruhunun məni eşidəcəyinə əminəm. Son mükaliməmiz cismani ölümündən 3 gün əvvəl olmuşdu. Artıq bir daha Səninlə söhbət etmək imkanımız olmayacaq. Sənə etiraf edirəm, bu göz yaşları axıdaraq yazdığım ilk yazıdır. Bunu həm Səninlə olan söhbətlərimizdən birinin davamı da hesab edə bilərsən...İndi deyəcəklərimə cavab vermirsən, amma sanki yanımdaymışsan kimi səsin qulağımda çinləyir.

Yaşca özümdən böyük insanlarasəndeyə xitab etməyi heç sevmirəm. Amma Sən başqaydın. “Səndedirdəcək qədər doğma məhrəm idin hamımıza. Sağlığında heç vaxtsəndeyə müraciət etmədim Sənə. Amma ölüm həmişəki kimi elə qəfil gəldi bizi o qədər doğmalaşdırdı ki, indi özüm bilmədənsəndeyirəm, Tofiq abi.

Əminəm ki, indi göz yaşları içərisində yazdığımı görsəydin, həmişə olduğu kimi ərklə insanın düz ürəyinin içini görən qayğıkeş baxışlarlaağlama, qurban olum, müəllimə, ağlamadeyərdin...

Ağlama..
göz yaşların dəyməz ağrılarına..
ağlama, artıq sona çatır bu ağrılı günlər,
bil ki, bu dünyayla görüşmək kimi,
bir vida da var
söylərdin sağ olsaydın...

Mənimüəlliməçağırırdın. Səbəbini bilmirdim, amma maraqlı idi mənə. Fikir vermişdim, Sənə işdə hamıAbideyə müraciət edəndə sevinirdin...

Tofiq abi, Səndə ədəbi talantdan başqa həm özünü sevdirmək istedadı vardı. Redaksiyada oturduğumuz otaqların pəncərələri qarşısından keçməyinə keçərkən əl eləməyinə alışmışdıq... Dünyanın pəncərəsindən baxıb, keçib getdin birdəfəlik... İndi işdə hər dəfə qapı açılanda düşünürəm ki, Sən içəri girəcəksən. Diksinirəm, sevinirəm qeyri-iradi. Bəlkə doğrudan da Sənsən deyə...

Redaksiyamız da, ürəyimiz sənin xatirələrinlə dopdoludur... Nədən danışasan, hansını deyəsən...

Biz Səni sağlığında tanıyırdıq, amma indi düşünürəm ki, biz həm Səni tanımadıq... Dəyərləndirmədik layiq olduğun kimi...Qınama bizi, Tofiq abi. Biz insanın əsl dəyərini anlamaq üçün onun ölməsini gözləyənlərin övladlarıyıq axı...

ÇoxdandıMüəllimə, poeziyamdan, prozamdan bir yazı yaz, yaxşı bir müsahibə götür məndən” – deyirdin. Vaxtın azlığından, işin çoxluğundan alınmırdı desəm... yox, daha özümə bəraət qazandırmayım, buna macal tapmadım. Əfsuslar, bu yazını yazmaq indiyə nəsib oldu. Bağışla məni, Tofiq abi. Sən sağlığında həmişə özünlə xoş bir enerji daşıyardın getdiyin hər yerə. Ölümün dərs verdi, xatırlatdı ki, bu günün işini sabaha qoymaq olmaz... Dəyərli bir insanı sadə yazıyla sevindirmək olardısa, niyə ləngidim o yazını yazmağa? Vicdan əzabı çəkirəm indi, Tofiq abi...Amma bilirəm, əfv edəcəksən məni. Sənin elə böyük ürəyin vardı ki... Ürək demişkən, heç ürəyindən şikayətlənməzdin Sən. Bəlkə incidirmiş Səni, amma mən eşitməmişdim...Sən ürək sahibi idin, arxayın idin o ürəyə... Amma çox vaxt arxayın olduqlarımız beləcə yarıyolda buraxır bizi...

Tofiq abi, bizim üçün kim olduğunu bilirdinmi? Sən dünyanın ən diqqətli həmkarı idin. Yazılarımızı bircə- bircə oxuyub iradını, rəyini təqdirini bildirərdin. Sən bilirdin yaradıcı insana necə stimul vermək lazımdır... İnsanı bir baxışdan anlayacaq qədər arif idin, bir o qədər təvazökar...

Yaman pis öyrətmişdin məni... Hər bayramda təbrik mesajı yazırdın mən artıq buna təbii hal kimi baxırdım. Telefona baxıram... Son mesajın Yeni il təbriki idi...Bəzən ən kədərli vaxtımda, qəmli ovqatımda Səndən gələn bir anda adamı özün  demiş- mutlu eləyən o mesajların üçün elə darıxıram ki...Daha mesaj gəlməyəcək səndən... mən mesaj göndərmədiyinə görə küsməyəcəm... Ölüm bütün umu-küsülərdən ötə imiş, Tofiq abi...

Gündən-günə cavanlaşmağından gümrahlaşmağından qorxuya düşmüşdüm son zamanlarda... Sənin həndəvərində ölümün fırlandığını hiss eləyirdim elə bil...Son illərdə müşahidə eləmişəm ki, insanların ölümü yaxınlaşanda üzləri torpaq rəngi alır... Biz hiss etməsək , ana təbiətdən qopsaq da, təbiətin bir parçasıyıq... Bunu dəyişə dana bilmərik ki. Hamımız torpağa qayıdış zamanına yaxın torpağa oxşamağa başlayırıq.. Əbədilik tapşırılacağımız yerə bənzəyirik...Sən son zamanlar yaman torpağa oxşamağa başlamışdın.

İtaliyada çap edilən Azərbaycan şairlərinin şeirlərindən ibarətÇağdaş Azərbaycan poeziyasıkitabında Sənin şeirlərin vardı. O şeirlərdə Tofiq Abdin adlı həssas, kövrək yaxşı bir şairi yenidən kəşf eləmişdim. Ordakı Tofiq abi mənim hər gün gördüyüm, rastlaşdığım şair, publisist deyildi, aysberqin su altında qalan hissəsi idi desəm, daha doğru olar. Əslində onda anladım ki, əsl Tofiq Abdin həmin şeirlərdə yaşayır. Bunları Sənin özünə dedim lap bu günlərdə, onda hələ aramızdakı ölümlə üç günlük məsafəmiz vardı. Bunları Sənə danışanda çox sevindin, “deməli, yazmağa səbəbin var. Yazsana o şeirlər haqqında” – dedin... Çatdıra bilmədim, Tofiq abi, çatdıra  bilmədim. Mən Sənin kimi tələskənəm, hövsələsizəm, amma yenə çatdıra bilmədim italyanların da könlünü oxşayan o şeirlərdən yazmağa.. Ölüm məndən cəld tərpəndi. Ölümün hamımızdan cəld olduğuna bir daha inandıq...

Həmin şeirlərinin birində yazırsan: “Allahın dik dayanmaq üçün verdiyi beli niyə əyilməyə məcbur edirsiniz? Məni sevməyiniz üçün edim?...”

Amma nəsə eləsən , eləməsən , biz Səni sevirdik, sevirik, Sənin üçün çox darıxırıq...

Çox kədərliyəm, abi... Yalnız susaraq Səni düşünəcək qədər kədərli... Susmaq bəzən elə yaxşıdır ki...Sən bilirdin ki, əsl hisslər sükutda gizlənir...

Yenə məhz cavabını eşitmək xatirinəNecəsiz, Tofiq müəllimdeyə sual vermək istəyirəm. Elə bil cavabı da eşidirəm, o qədər aydın eşidirəm ki; “Belə , qurban olum, idarə olunuruq...”. Sənin o cavabını hamımız xoşlayırdıq... Amma elə desən , Səniidarə olunangörməmişdim mən, təsəvvür eləmirdim. Sənin azad ruhun idarə olunmağın idarə etməyin fövqündə idi... Sən idarə olunmağı, idarə etməyi sevmirdin...Dediyini elədin- Allahın Sənə dik dayanmaq üçün verdiyi beli əymədən yaşadın.. Həyatdakı kimi yazılarında da azad idin. Doğma dilimizin qrammatikası, sintaksisi Sənin özünəməxsus, Türkiyə Azərbaycan türkcələrinin şirin bir vəhdəti ilə yazdığın cümlələrlə, misralarla ayaqlaşmırdı. Daha doğrusu, Sən bizim sintaksislə, qrammatikayla çərçivələnmək istəmirdin. Bu da Sənin söhbətlərini, yazılarını daha maraqlı edirdi. Türkiyə türklərinin çox sevdiyimadam kimi adamifadəsi tam Sənin boyuna biçilmişdi ...

Sən orijinal idin. Yaş komplekslərinə qapılmayacaq, bəzən avanqard, bəzən tamam uyğunsuzistədiyini geyinəcək qədər, bəzən mübtədasız, ya da xəbərsiz yazacaq, durğu işarələrini özbaşına buraxacaq  qədər orijinal...

Gözümüz qapıda qalıb, Tofiq abi. Demə, həyatımız Sənin dipdiri xatirələrinlə dopdolu imiş...

Həmişə düşünürdüm ki, ölümdən qorxursan. Sövq-təbii hiss eləyirdim bunu...Son müsahibələrinin birində bunu etiraf elədiyini oxudum. Şeirlərindən ölüm qorxusu boy verirdi:

bu qorxu o tindəymiş,
həmən qarşıma çıxdı.
çıxıb bir yad gözündən
həmən içimə axdı.
mən necə görməmişəm,
mən necə kor olmuşam.
bu yaşda bu qorxunu
içimə doldurmuşam.
ha çabala, ha vuruş,
ata bilmərəm onu
heç belə gözləmirdim
mən ömrümün sonunu.
yazıq, ömrümə yazıq
məni güdürmüş bu şər
atalar düz deyibmiş:
qorxan gözə çöp düşər.

Amma indi dərk eləyirəm ki, Sən əslində ölümdən qorxmurdun, daha çox unudulmaqdan qorxurdun,Tofiq abi. Həmişə deyirdin ki, torpağın üzü soyuqdu, insan ölənə kimidi, öldünmü, vəssalam,  qarışırsan min ilin ölülərinə, heç kim Səni xatırlamır... Amma bu sözlər Sənə aid deyil ki... Sən xoşbəxt deyilsənmi, Tofiq abi? Bu ölümlü-itimli dünyada qədər ki, Səni xatırlayanlar var, yaşayacaqsan. Axı bizimlə tanış olanda özün demişdin bunu:

Sonu görünməyir bizim səfərin,
Sonu görünməyir bizim dünyanın.
Bu ulu cahanda bircə nəfərin
Qəlbində, fikrində qalsam, inanın
Dünyanın ən xoşbəxt insanı mənəm,
Gəlin, tanış olaq Tofiq Abdinəm..

Səni hamımız xatırlayacağıq Tofiq abi...Rəflərimizdəki kitabların, ürəyimizdəki xatirələrin Səni həmişə xatırladacaq...

Tərcümə Mərkəzinə girənlər Səni gah yuxarıdan – “Xəzərjurnalının redaksiyasından birinci mərtəbəyə – “525-ci qəzetin ofisinə enən, gah da tərsinə istiqamətdəaşağıdan yuxarıya qalxan görərdi. Sən bir yerdə qərar tuta bilmirdin, sığmırdın bu boyda  binaya... Beş qarış torpağa necə sığdırdılar səni, Tofiq abi...

Bahar kimi idin- gah Günəş görünürdü, gah da buludlar gəlirdi göyün üzünə...Niyəsə həmişəyaşıl ağacları xatırladırdın mənə...

Eşidirsənmi, hər  səhər quşlar necə cikkildəşir, baharın həniri duyulur... Sən bu baharı görmədin, Tofiq abi... Çox təəssüflənirəm, çox...

“525-ci qəzetOralarda kimlər var”, “Köhnə tanışlarlayihələrinin müəllifi idin. Unudulmaqdan qorxan bir adam xofu ilə unudulmuş hesab etdiyin insanlardan (əslində, Sən haqlıydın unudulmaq məsələsində) yazırdın. Əslində Sən özün bizim tam tanımadığımız köhnə tanış idin...

Allah, əlini uzat,

şəfqət at

içimə...

məni hazırla

içi dolu şəfqətlə ölməyə...-

Bu duan qəbul olunmuşdu çoxdan. Allah nəinki şəfqət əta eləmək, şəfqətin özü kimi yaratmışdı Səni... İçindəki şəfqətin bolluğu üzünə yansımışdı...

Adam dərdlənəndə hər şey danışa bilər, Tofiq abi...Kədərdən danışdığımı bilmirəm, Sənin təbirincə desək, bu yazımda  səndən sənə danışıram”...

Şeirlərinin hər misrası Səni anladır, biz Səni anlada bilmərik, anlaya bilmədiyimiz kimi: “Biz itirdiyimiz şeyləri daha çox sevirik...”

Dostlarımız, tanışlarımız
yaşıl budaqlar kim budanır
ölümün baltasıyla.
küsülü adamlar kimi
barışa bilmirik dostlarımızın yasıyla...

2003- ildə yazmışdın: “Elə  ən çətin şey ölməkdi...”

Sən ən çətinini keçdin Tofiq abi...Bizim ən çətinimiz qarşıdadır hələ...

...öləndən sonra darıxmaya bilsəydim

o tənhalıqda-

deyirsən...Darıxma, Tofiq abi, darıxma...Bir gün hamımız köhnə tanışlar kimi qarşılaşacağıq oralarda...Görüşənədək...

Sevinc MÜRVƏTQIZI

 





03.03.2014    çap et  çap et