Ey uca türk milləti,
Peyğəmbərin ümməti,
Yığışıb bir cəm olun,
Qoruyun bu dövləti.
Cənab İlham Əliyev -
Müzəffər Baş Komandan
Xilas etdi bu xalqı
30 illik bəladan.
Dəmir yumruğumuza
Düşmən dözə bilmədi.
Atıb silahı, qaçdı,
Daha üzü gülmədi.
Tarixən çox igidlər
Yetirib Azərbaycan.
Qardaş Türkiyə ilə
Olduq bir ürək-bir can.
Oğullar şəhid düşdü
Ana torpaq uğrunda,
Mənim oğlum Şahin də
Qazi oldu Murovda.
Gün gələr ki, Qarabağ
Yenə də abad olar,
Hər şəhəri, hər kəndi
Abidətək ucalar.
Amma unudulmasın
O işğal faciəsi.
Çıxmasın yadımızdan
O Xocalı gecəsi...
Qarabağ zəfərilə
Gur yandı çırağımız.
Bu zəfərlə başlandı
Yeni xoş növrağımız.
Mahmud AĞAYEV
87 yaşlı təqaüdçü, Yardımlı rayonu, Abidinli kəndi
çap et