525.Az

Özbəkistan portalı Şuşanın tarixindən yazıb


 

Özbəkistan portalı Şuşanın tarixindən yazıb <b style="color:red"></b>

Özbəkistanın tnews.uz portalında Şuşa şəhərinin tarixi haqqında rus dilində məqalə verilib.

AZƏRTAC xəbər verir ki, materialın əvvəlində Şuşa şəhərinin əsasının 1752-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulduğu bildirilir.

Yazıda qeyd edilir ki, karvan yollarının üzərində yerləşdiyindən çox keçmir ki, Şuşa böyük ticarət mərkəzinə çevrilir. XX əsrin əvvəllərindən başlayaraq Şuşa həm də Qafqazın mədəniyyət və istirahət mərkəzi kimi tanınmağa başlayıb. Şuşanın havası, iqlimi, istirahət məkanları - Cıdır düzü, səliqəli mehmanxanaları, yay klubu, musiqi məclisləri insanları özünə cəlb edib.

Əsasən, yay aylarında Şuşada qələbəlik olub, hər gün axşam teatr tamaşaları, tanınmış xanəndə və müğənnilərin konsertləri istirahətə gələnləri əyləndirib.

Məqalədə Şuşa şəhərinin 40 kilometrində, Laçın yolunun üzərində olan Turşsu müalicəvi sanatoriyası, Fındıqlı gölü, Ağzıyastı qaya, İsa bulağı, Dəvəbatıran bulağı, Şırlanbulaq və digər yerlər haqqında da söhbət açılır.

Şuşanın tanınmış musiqiçiləri, xanəndələri, yazıçıları və hərbçiləri haqqında da məlumat verilir.

Materialda vaxtilə Şuşada olan səyyahların, rəssamların və yazıçıların bu məkan haqqında fikirlərinə də yer ayrılıb.

 





12.02.2021    çap et  çap et