525.Az

Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini açıqlayıb


 

Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini açıqlayıb<b style="color:red"></b>

Azərbaycan xalqı özünün tarixi-mədəni irsi, folkloru, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Mədəniyyətimiz xalqımızın minilliklər boyu yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri özündə ehtiva edir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qurum xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edir.

Bu hədəflərə mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması, mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi, yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı, mədəni irsin qorunması, bərpası və inkişafı daxildir.

Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası, "Nizami Gəncəvi ili" ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi, COVİD-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi də sözügedən hədəflər sırasındadır.

 





12.02.2021    çap et  çap et