525.Az

Magistraturaya sənəd verən bakalavrların sayı


 

Magistraturaya sənəd verən bakalavrların sayı <b style="color:red"></b>

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu davam edir.

525.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, bu gün saat 15:15-ə qədər 8337 bakalavrın sənədi təsdiq edilib, onlardan 7583-ü Azərbaycan, 754-ü isə rus bölməsindəndir. 

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

 





13.02.2021    çap et  çap et