525.Az

Sübhün səfiri


 

Sübhün səfiri<b style="color:red"></b>

Bu yaxınlarda Moskvadan gəlmiş bir rus ziyalısı ilə Bakının mərkəzi küçələrini, meydanlarını gəzərkən aramızda təxminən belə bir söhbət oldu. Qonaq şəhərin gözəlliyi qarşısında heyranlığını gizlətməsə , tam səmimiyyətlə, özü mənim heysiyyatıma toxunacağını ağlına belə gətirmədən dedi ki, bu abadlıq, bu tikililər, təmtəraq çox gözəldir, amma Rusiyadan ayrılmaqda böyük səhv etmisiz. Soruşdum: “niyə ki, bütün bunlar müstəqilliyimizin bəhrəsidir”. Dedi: “Çünki bu boyda sərvətlə Azərbaycan boyda kiçik bir ölkənin dünya meydanında duruş gətirməsi, demokratik dəyərləri qoruyub saxlaması müşkül məsələdir, sizə mütləq himayədar gərəkdir”.

Himayədarlığın olduğunu biz artıq görmüşük; buxoş məramla” 200 il ərzində yalnız sərvətlərimizə deyil, həm mənəvi dəyərlərimizə, dilimizə təcavüz edilib. Bunu Rusiyanın, hətta mütərəqqi fikirli adamlarının, ziyalılarının belə, böyük bir qismi başa düşmək istəmir ya sadəcə, başa düşmür.

Qonaqla söhbətimiz zamanı mən AnarınSabahın səfirissenarisini (film ekranlaraSübhün səfiriadı ilə çıxıb) həmin ssenari əsasında Ramiz Həsənoğlunun çəkdiyi artıq dünyanın bir neçə ölkəsində nümayiş etdirilmişSübhün səfirifilmini xatırladım. Həmin filmdə belə bir epizod var: Rus dekabristlərindən BestujevMarlinski ilə söhbət edən Mirzə Fətəli Axundov ondan soruşur:

“- Bax, Siz öz xalqınızın azadlığını istəyirsiz, bəs başqa xalqların azadlığı məsələsi necə olsun? Axı, dağlılar da azadlıq uğrunda mübarizə aparırlar. Öz xalqlarının azadlığı uğrunda.

Bestujev:

Bunlar tamamilə başqa-başqa şeylərdir, Fətəli, bizim məqsədimiz Qafqazı sivil dünyanın qanun-qaydalarına qovuşdurmaqdır.

Bəlkə heç qafqazlılar bu qanunları istəmirlər, əsrlərlə yaşadıqları kimi, öz qanunları ilə yaşamaq istəyirlər”.

həmin söhbət zamanı Bestujev fikrini belə yekunlaşdırır: “...biz Rusiyadakı vəziyyətdən qədər narazı olsaq da, Rusiya təhsil, mədəniyyət sarıdan qonşu müsəlman ölkələrinin hamısından qat-qat üstündür. Bax, elə bu mədəniyyəti biz sizin həyatınıza tətbiq etmək istəyirik”.

Qəribədir, 200 il keçir, amma münasibət dəyişmir. Kim hansı ölkəni işğal etmək istəyirsə (müasir dövrdə özündən asılı vəziyyətdə saxlamaq istəyirsə), bəhanəsi həmin ölkələrəmədəniyyət” (indi, bizim dövrdə isə – “demokratiya”) gətirmək olur.

İstər, bədii ədəbiyyatda, istərsə , teatr kinoda tarixi mövzuya ya görkəmli şəxslərin həyatına müraciət o zaman müasir oxucunun, tamaşaçının marağına səbəb olur ümumiyyətlə, nəsə bir məna kəsb edir ki, həmin əsərlərdə bizi düşündürən problemlərə, günümüzlə səsləşən fikirlərə toxunulsun. Zənnimcə, “Sübhün səfirifilmində göstərilən keçmişlə bizim bugünümüz arasında həm siyasi müstəvidə, həm məişət əxlaq müstəvisində belə oxşar məqamlar az deyil onlar düşünmək qabiliyyəti olan tamaşaçını, şübhəsiz ki, rahat buraxmır, ona çox şey deyir.

Mən öncə ssenarini oxuyub sonra filmə baxmış tamaşaçılardanam. Düzü, hələ ssenarini əlimə alıb oxumağa başlayanda fikirləşirdim ki, Mirzə Fətəli Axundov boyda nəhəng bir şəxsiyyətin keçdiyi çox mürəkkəb mənalı həyat yolunu, görəsən, Anar iki saatlıq bir film çərçivəsinə necə sığışdıracaq? Elə ilk səhifələrdən, Anarın qələminə az-çox bələd olan adam kimi, onun filmin açarını çox dəqiq tapdığını başa düşdüm; ağır xəstələnmiş altmış altı yaşlı Mirzə Fətəli çarpayıda, ölüm yatağında uzanıb, gah ailə üzvlərinə tapşırıqlar verir, gah mürgüləyir, gah da yatıb yuxular görür; beləcə, həyatından səhifələr kino lenti kimi gözləri önündən gəlib keçir. Əlbəttə, yazıçının həyatının hansı səhifələrini seçib zəncirin halqaları kimi biri-birinə bənd etmək, nələri önə çəkmək, nələrdən sərf-nəzər etmək ssenaristdən materiala bələdlik yüksək peşəkarlıq tələb edir. Bundan əvvəlki ssenarilərində olduğu kimi, Anar seçdiyi mövzuya tarixilik dəqiqlik baxımından tədqiqatçı alim qədər ciddi yanaşmış, istedadının gücünü peşəkarlıq səviyyəsini bu dəfə təsdiq etmişdir; belə ki, M.F.Axundovun həyatından epizodlar əsərlərindən parçalar böyük bir xalının naxışları kimi bir-birini məharətlə tamamlayır.

Ssenarinin məziyyətləri haqqında: onun rahat dili, dinamizmi, obrazların hər birinin fərdi cizgiləri, dil özəllikləri, dialoqların təbiiliyi barədə çox danışmaq olar. Amma məlum bir həqiqət var ki, ssenari lentə alınmayanadək ədəbi mətn olaraq qalır; o, hələ film deyil. Təcrübəmdən deyə bilərəm ki, Azərbaycan kinosu tarixində, çox olmasa da, elə gözəl, kamil ssenarilər olub ki, ekran variantı hamını məyus edib.

Xoşbəxtlikdən, “Sabahın səfirissenarisinin quruluşu Anarın yaradıcılığına bələd olan, onu bir yazıçı kimi düşündürən problemləri özününkü kimi yaşayan, müəllifin nəinki hər sətirini, hətta sətiraltı demək istədiklərini oxuya bilən ziyalı bir sənətçi Ramiz Həsənoğluya həvalə olunub. Həvalə olunub deyəndə ki, səhv etmirəmsə, Anar bu ssenarini yazanda, elə əzəldən Ramizi nəzərdə tutmuşdu.

Onların yaradıcılıq əməkdaşlığının uzun bir tarixi var. Hələ 40 il əvvəl Ramiz Anarın məşhurMən, sən, o telefonhekayəsi əsasında o zaman tamaşaçılar arasında son dərəcə populyar olan tele-ekranlarda təkrar-təkrar nümayiş etdirilən çox baxımlı bir televiziya tamaşası çəkmişdi; “Gecə müsahibiadlanırdı. Sonralar belə telefilmlərin sayı artdı: “Dindirir əsr bizi”, “Evləri köndələn yar”,  Nigarançılıq s. s. Nəhayət, beş il öncə bu yaradıcılıq əməkdaşlığının növbəti bəhrəsi – “Cavid ömrüiki seriyalı bədii filmi böyük ekrana çıxdı. Əlbəttə, televiziya üçün çəkilən filmlərlə kino ekranı üçün çəkilən filmlər arasında müəyyən fərqlər var Ramiz bunu gözəl bilirdi. O, bütün gücünüaktyorla işləmək sahəsində uzunillik təcrübəsini yəqin ki, böyük ekranın özünəməxsus xüsusiyyətləri haqqında nəzəri biliklərini səfərbər edib, “Cavid ömrüfilmini çəkdi, tamaşaçıların mühakiməsinə verdi. İndi üstündən müəyyən vaxt keçsə , yaxşı yadımdadır ki, bəzi səhnələrdə teletamaşa möhürünün izləri qalmışdı. Deyə bilmərəm, bəlkə Ramiz Həsənoğlu bunu bilərəkdən belə etmişdi?! Bilmirəm. Amma onu bilirəm ki, o, Anarın ssenarisinə sadiq qalmışdı ən əsası da, müəllif qayəsini, Cavid haqqında həqiqətləri, Cavid faciəsini, nəhayət, Cavid sənətinin vüsətini ekran dili vasitəsi ilə verə bilmişdi.

MənSübhün səfirindən danışdığım halda, niyə bu haşiyəyə çıxdım, “Cavid ömrüfilmini xatırladım? Səbəbsiz deyil. Çünki hər iki film eyni rejissorun tematik cəhətdən oxşar filmləridir: Azərbaycan ədəbiyyatının, ümumən Azərbaycan mədəniyyətinin iki nəhəng simasının həyat yaradıcılığından bəhs olunur hər birində; Cavid şair dramaturqdur, Axundov da həm dramaturqdurAzərbaycan dramaturgiyasının banisihəm şeirlər yazıb. Yəni oxşarlıqlar ancaq mövzu oxşarlığıdır. Vəssalam. Talelər müxtəlifdir, dövr, mühit tamam başqa-başqadır. Sübhün səfirində müəlliflərhəm Anar, həm Ramiz özlərini təkrar etməyiblər, yeni biçimdə, yeni quruluşda bir əsər yaradıblar. Özü bəri başdan deyim ki, xüsusən Ramiz bu filmdə bir rejissor olaraq daha irəli gedib: istər ayrı-ayrı səhnələrin quruluşu cəhətdən, istər aktyorlarla işin səviyyəsi cəhətdən (hiss olunur ki, o, aktyorlardan istədiyini almaq üçün böyük zəhmət çəkib), istərsə epizodlar arası əlaqəni, məntiqi bağlılığı təmin etmək baxımından mükəmməl bir film çəkib.

Sübhün səfirikimi tarixi mövzuda yazılmış ssenarilərin ekran təcəssümünün çətinlikləri az deyil: bir yandan tarixi dürüstlük (həm geyimlərdə, həm interyerlərdə, həm elə naturada), digər tərəfdən, adətlər, insanlar arasında münasibətlər, ədəb qaydaları, danışıq tərzi s. bizim günlərlə müqayisədə xeyli fərqlidir. Ramiz bir rejissor kimi bütün bu çətinliklərin onun imkanları daxilində olan qisminin öhdəsindən, əsasən, gəlib. Amma kino elə bir sənət növüdür ki, çox böyük maddi vəsait tələb edir. Təəssüf ki, bizdə hələlik bəzi xarici ölkələrlə, xüsusən Amerika ilə müqayisədə, bədii filmin çəkilib ərsəyə gəlməsinə çox az pul ayrılır. Deməli, nələrdənsə imtina etməli, nələrəsə göz yummalı olursan. Sonra ən xırda bir güzəşt belə, kadrda görünür. Xüsusən , öz gözündə tiri görməyənlər görür bunu: məsələn, haqqında danışdığım filmin bal səhnəsində divardakı braların (şamdanların) müasir bralar olduğunu böyük bir faciə səviyyəsinə qaldırırlar.

Düzü, mən filmə ilk dəfə premyera vaxtı baxanda buna əhəmiyyət verməmişdim. Çünki diqqətim xanəndəninSəttarın ifasında, epizoddakı söhbətlərdə Bakıxanovun gəlib Puşkinin dueldə öldürülməsi xəbərini böyük həyəcanla məclis iştirakçılarına elan etməsində idi.

Bu yaxınlarda filmə ikinci dəfə teleekranda baxanda həqiqətən belə bir qüsurun olduğunu gördüm. Amma film boyu onu da gördüm ki, böyükdən-kiçiyə filmdə çəkilənlərin hamısı: həm əsas rolların ifaçıları, həm epizodlarda çəkilənlər (onların sayı isə bəlkə yüzdən artıqdır) rəssamların işə ciddi münasibətləri böyük zəhmətləri sayəsində, müvafiq libaslardadır. Əlbəttə, bütün zahiri görüntülərdə dəqiqlik vacibdir, amma mənim fikrimcə, əsas deyil (hər halda, kino teatr sənətində şərtiliyə yer var). Əsas olan filmdə cərəyan edən hadisələr, Mirzə Fətəlinin ömür yolu, gördüyü işlər, onun amalı, şəxsiyyətinin xarakterik cizgiləridir, yəni məzmundur, mahiyyətdir.

Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin, Azərbaycan fəlsəfi fikir tarixinin ən böyük simalarından biridir. Çox təəssüf ki, onun şəxsiyyətini yaşadığı dövrdə , sonralar da zaman-zaman düzgün qiymətləndirməyənlər olub hətta bu gün var; etməli, dahilərin qisməti budur: sən bütün ömrün boyu xalqını cəhalətdən qurtarmağa, onu maarifləndirməyə çalışasan, bununçün yollar axtarasan, əvəzində, səni kimisi İran casusu, kimisi ruspərəst, çar agenti adlandırsın.

Bəli, Axundov Tiflisdə Rusiya canişininin dəftərxanasında işləyib, tutduğu vəzifəyə görə ona polkovnik rütbəsi verilib. O vəzifəyə başqa bir millətin nümayəndəsini qoya bilərdilər; erməni, gürcü, polyak, osetinkimi desən. Amma gəlin bir düşünək, xalqımızın rus dilini bilməyən minbir dərdi üçün dəftərxanaya gələn övladlarına bəs kim əl tutardı, can yandırardı?! Əlbəttə, onlar yox, Axundzadə Mirzə Fətəli. o, milləti üçün əlindən gələni edirdi . Yəqin ki, bir qədər dərin düşünmək lazımdır.

Şübhəsiz, imperiyanın dəftərxanasında çalışan bir məmur mütləq imperiyaya da işləmiş olurdu bu ikili vəziyyətinin əzabını ağrısını ömrü boyu çəkirdi. Filmdəki bir səhnəMəkkə ziyarətinə getdiyi üçün onun yanına vidalaşmağa gələn Abbasqulu ağa Bakıxanovla Mirzə Fətəlinin xəyali görüşü, hər ikisinin düşdükləri vəziyyətin ağırlığını, keçirdikləri iztirabı çox dəqiq göstərir. Diqqət edin, Kəbəni ziyarət etməyin hər birmömin müsəlmanın müqəddəs borcuolduğunu söyləyən Abbasqulu Ağaya Axundov belə bir sual verir:

Siz, böyük alim, tarixçi, nəhayət, çar ordusunun polkovniki... bir yandan da mömin müsəlman?.. Abbasqulu ağa, inciməyin, bəs necə olur ki, Siz mömin müsəlman ola-ola silahlı müsəlmanlara qarşıosmanlılara, iranlılara, dağlılara qarşı vuruşmusuz?

Bakıxanov:

Bu, həyatımın ən böyük günahıdır, Fətəli, bəlkəm elə Məkkəyə tövbə etmək, günahlarımı yumaq üçün gedirəm. Gəldim səninlə vidalaşım sənə bir məsləhət verim; sən mənim səhvlərimi təkrar etmə”.

Burada, zənnimcə, artıq bir sözə, izaha ehtiyac yoxdur; çox mənalı gözəl düşünülmüş bir səhnədir. Sadəcə, yeri gəlmişkən, bu səhnədə ümumiyyətlə, film boyu Azərbaycanın iki böyük tarixi şəxsiyyətinin mürəkkəb ziddiyyətli obrazlarını yaratmış Xalq artistləri Rasim Balayev (M.F.Axundov) Fəxrəddin Manafovun (A.Bakıxanov) ifalarını xüsusi qeyd etmək istəyirəm.

Filmdə böyük bir aktyor ansamblı iştirak edir yəqin ki, kinoşünaslar onlar haqqında mötəbər fikirlərini söyləyəcəklər. Məni isə, 2 saat 20 dəqiqəlik bir film boyu Rasim Balayevin oyunundakı sabitlik heyran etdi. O, yaratdığı obrazın nəbzini ilk kadrlardan necə tutubsa, ta sona kimi, Axundovun ölüm səhnəsinə qədər əli bu nəbzin üstündə olub. Bəli, əsərlərindən, əməllərindən, keçdiyi həyat yolundan görünən Axundov məhz belə, R.Balayevin yaratdığı Axundov kimi ola bilərdi.

A.Bakıxanova filmdə az yer verilib. Bununla belə, o, müəllifin tamaşaçılara çatdırmaq istədiyi bəzi çox mühüm fikirlərin daşıyıcısıdır. R.Həsənoğlu yaxşı bilir ki, məhdud bir zaman məkan çərçivəsində böyük şəxsiyyətlərin obrazını yalnız ustad aktyorlar yarada bilirlər. Odur ki, bu rolaBakıxanov roluna istedadlı təcrübəli Fəxrəddin Manafovu dəvət edib qətiyyən yanılmayıb. F.Manafov əsl-nəcabət sahibi Abbasqulu ağanın qürurlu, ləyaqətli böyük ürəkli bir insan olduğunu çox xəsis, amma dəqiq ştrixlərlə, necə deyərlər, özünün dərya təmkini ilə məharətlə açıb göstərib. Belə sənətkarların çəkildikləri filmlərə, hətta kiçik epizodlara tamaşa etdikdə aktyor seçiminin əhəmiyyətini, bunun demək olduğunu bir daha başa düşürsən.

Sübhün səfirinin məziyyətləri çoxdur mən bunların bəziləri haqqında fikirlərimi bölüşməyə çalışdım. İndi filmlə bağlı söhbətlər zamanı eşitdiyim mübahisəli bir fikrə bir neçə kəlmə ilə münasibətimi bildirmək istəyirəm. Bu, zənnimcə, çox prinsipial bir məsələdir. Söhbət nədən gedir? Bəzi opponentlər əsasən Axundovun komediyalarından parçaların filmə salınmasına etiraz edirlər. Deyirlər ki, bunların hər biri öz qayəsi olan müstəqil orijinal bədii əsərlərdir filmin ana xətti ilə bağlanmırlar. Nəticədə, filmə bir ağırlıq gətirirlər. Bu fikrin birinci hissəsi ilə razılaşmaq olar; bəli, filmə parçaları daxil edilmiş komediyaların hər biri müstəqil süjet xətti öz qayəsi olan bədii əsərlərdir. Lakin unutmaq lazım deyil ki, bunlar başqa bir yazıçının yox, M.F.Axundovun əsərləridir.

İndi diqqət edək görək onlar filmin ana xətti ilə bağlanırlar, yayox?! Elə birinci parçaya baxaq; bu – “Molla İbrahimxəlil kimyagərkomediyasındandır. Məlumdur ki, komediyada hadisələr Şəkinin yaxınlığında cərəyan edir. Fırıldaqçı Molla İbrahimxəlil köməkçisi dərviş Abbas bir gecədə misi gümüşə çevirəcəklərini vəd edib, avamnuxulularıaldadaraq pullarını əllərindən alıb aradan çıxırlar.

Həmin komediyadan filmə salınmış parçaya dəqqətlə baxsaq, görərik ki, bu, pyesdən mexaniki sitat kimi gətirilməyib. Balaca Fətəli yoldaşları ilə buradadır. Bir qədər əvvəl balaca Fətəlinin anasına qoşulub Güney Azərbaycanından Şəkiyə köçdüklərini görmüşdük. Montaj keçidi kimi isə, Axund Ələsgərin Fətəliyə ərəb fars dillərini, ərəb əlifbasını tədris etməsi səhnəsindən istifadə olunmuşdu. YəniMolla İbrahimxəlil kimyagərkomediyası göydən düşməyib, Axundov onu uydurmayıb. Axundov bunları gözü ilə görüb, fanatizmin, cəhalətin tüğyan etdiyi bir mühitdə böyüyüb, gördüklərini yazıb. Deməli, yaradıcılığı həyatının bir parçasıdır.

İndi deyin, komediyadan götürülmüş parça filmin ana xətti ilə bağlanır, yoxsabağlanmır?! Əsərə diqqətlə baxmaq lazımdır! Qəribədir, xarici yazıçıların əsərlərində bu cür keçidləri, assosiativ haşiyələri, yuxuları, xəyali görüntüləri görəndə adınapostmodernədəbiyyat deyib göylərə qaldırırıq, özümüzdə olandaağız büzürük. “Lənkəran xanının vəziri”, “Müsyö Jordan dərviş Məstəli şahpyeslərindən istifadə edilmiş səhnələr filmin süjet xətti ilə üzvi surətdə birləşib. Güman edirəm, daha onların da hər birinin burda uzun-uzadı məntiqi kinematoqrafik bəraətinətəhlilinə ehtiyac yoxdur.

Beləliklə, “Sübhün səfirifilmi M.F.Axundovun çox mənalı mürəkkəb həyat yolunun əsas məqamlarını gözlərimiz önündə canlandırmaqla yanaşı, həm onun yaradıcılığı haqqında tamaşaçıda kifayət qədər dolğun təsəvvür yaradır (Heç düşünülməsin ki, M.F.Axundovu hamı yaxşı tanıyır yaradıcılığına da bələddir, xeyr, bu, əsla belə deyil, bu gün Azərbaycanın özündə belə Axundovdan bixəbərlər minlərlədir). Filmdə gördüyümüz Axundov Azərbaycanda dramaturgiyanın əsasını qoymaqla, teatrın yaranması işinə, bir növ, təkan verir, bu işi sürətləndirir; ömrünün böyük bir hissəsini çətin mənimsənilən ərəb əlifbasında vacib sandığı islahatların aparılması uğrunda yorulmaq bilmədən çalışır, bununçün hətta İrana, Türkiyəyə qədər gedib çıxır. Biz görürük ki, onun həyatda əsas məqsədi, amalı xalqını cəhalət girdabından qurtarmaq, maarifləndirmək olub.

Haqqında təəssüratlarımı bəzi mülahizələrimi bölüşmək istədiyim bu filmi ərsəyə gətirənlərin isə, məncə, əsas məqsədi xalqın bu böyük mütəfəkkir yazıçısını müasirlərimizə gələcək nəsillərə tanıtmaqdır. Odur ki, mən təəssüratlarımı mülahizələrimi oxucularla bölüşəndə, ona məhz bu yöndən qiymət verməyə çalışdım başqalarını da bu yola dəvət edirəm.

Qeydlərimi isə, filmin sonuna yaxın bir səhnəsini xatırlatmaqla bitirmək istəyirəm: Axundov ölüm yatağındadır Şeyx onu yoluxmağa gəlib. Mirzə Fətəli ona deyir:

“- Şeyxana! Çoxdandır səndən soruşmaq istəyirdim. Bilirsən, qədim bir dua var: İnsan Tanrıdan üç şey diləyirgüc, səbr, bir müdriklik. Gücü ona görə istəyir ki, dünyada dəyişə biləcəklərini dəyişməyə qüdrəti çatsın. Səbri ona görə istəyir ki, dəyişməyə gücü çatmadığı şeylərə dözə bilsin. Müdrikliyi ona görə istəyir ki, birincilərlə ikinciləri dəyişik salmasın. İndi bu işin hikməti nədədir?

Şeyx:

Bu işin hikməti ondadır ki, Mirzə, səndə bu saydıqlarının üçü var. Güc , səbr , müdriklik . Gördüyün işlər çoxuna bəllidir. Həzrəti Məhəmməd (s.ə.s.) deyib ki, ən böyük sədəqə biliyi bilməyənlər arasında yaymaqdır. Bu sarıdan sən çox səxavətli adamsan, Mirzə. Doğrudur, gördüyün işlərə ağız büzənlər var. (Şeyx barmağını yuxarı qaldırır). Amma hər şeyin əsl qiymətini O verir”.

Vəssalam. Bu qədər.

Fevral, 2014

 





03.03.2014    çap et  çap et