525.Az

Koronavirus nadir ağ pələnglərin ölümünə səbəb oldu


 

Koronavirus nadir ağ pələnglərin ölümünə səbəb oldu <b style="color:red"></b>

Pakistan səlahiyyətliləri keçən ay “Lahore“ zooparkında 11 həftəlik iki ağ pələng balasının ölümünə COVID-19-a yoluxmanın səbəb olduğunu açıqlayıblar.

525.az xəbər verir ki, rəsmilər əvvəlcə nadir ağ bala pələnglərin pişikkimilərdə tez-tez rast gəlinən panleukopeniya virusuna yoluxduğunu düşünüblər. Lakin heyvanlar müalicəyə başladıqdan 4 gün sonra ölüb. Zooparkda aparılan araşdırmada pələnglərin ağ ciyərlərinin ciddi şəkildə zədələndiyini aşkarlanıb.

Patoloqlar, ÇXR testlərinin aparılmamasına baxmayaraq, pələnglərin koronavirusdan öldüyünə inandıqlarını söyləyiblər.

Zooparkın müdir müavini pələnglərin ölümündən sonra aparılan testlərdə altı nəfər işçində də COVID-19 təsbit edildiyini, bunlardan birinin isə həmin pələnglərə baxan olduğunu söyləyib.

El Roman

 





14.02.2021    çap et  çap et