525.Az

Ömrün yeni kitabı və ya “on üçüncü boy”


 

SABİR RÜSTƏMXANLININ “GÖY TANRI” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏR

Ömrün yeni kitabı və ya “on üçüncü boy”<b style="color:red"></b>

XIX əsr arxeoloji, tarixi elmi kəşflər əsridir. Məhz bu əsrdə bəşəriyyətin itmiş yaddaşı yavaş-yavaş özünə qayıtmağa başladı. İnsanlıq Şumer, Akkad, Misir, Hindistan s. kimi qədim sivilizasiyalar haqqında bilgilər qazandı, məlum tarix bir neçə min il dərinə getdi. Bu yüzil türk xalqlarının taleyində önəmli hadisələrlə zəngin oldu. Əvvəlcə Drezden kitabxanasındaKitabi-Dədə Qorqudun əlyazması tapıldı. Daha sonra, 1893- ildə Danimarka alimi Vilhelm Tomsen qədim türk runik yazısını deşifrə etdi türk mədəniyyət tarixində Şampolyonun Misirin mədəniyyət tarixində oynadığı rolu oynadı. Orxonda Yeniseydə tapılmış daş kitabələrin oxunması buna qədər türkləri vəhşi köçəri adlandıran onların VIII-IX-cu əsrlərdə təşəkkül tapıb tarix səhnəsinə çıxdığını iddia edən Hind-Avropa nəzəriyyəçilərinin bütün arqumentlərini puç etdi.

Məlum oldu ki, avropalıların mədəniyyətsiz hesab etdiyi türklər hələ Yer üzündə Paris, London, Berlin kimi şəhərlər olmayanda yazı mədəniyyətinə malik olublar, böyük dövlətlər qurublar. Bu kitabələrdə türklərin əski dinləritanrıçılıq haqqında da müəyyən bilgilər var. Bəşəriyyətin yaratdığı ən qədim inanc sistemlərindən olan tanrıçılıq barədə indi, yəni XXI əsrdə çox az bilgilər var. Bu mövzuavropasentristlərinmaraq dairəsində deyil, türk xalqları isə dünyaya daha çox avropasentrislərin gözləri ilə baxırlar. Mən şübhə etmirəm ki, tanrıçılığın qədim türk əlifbasının haqqında yeni, fundamental tədqiqatlar nəinki dünyanın, o cümlədən türklərin özlərinin özlərinə baxışlarını dəyişdirəcək. Hələlik isə bizim min il ərzində unutduğumuz bir tarix var. Bu tarix təhtəlşüurumuzda məişətimizdə yaşasa da, bizim üçün yox kimidir. O, fraqmentar şəkildə bəzi yazıçıların əsərlərində əks olunub, müəyyən fikir adamları bu barədə isə deyib, amma fakt odur ki, türk xalqları öz kökləri ilə əlaqəsini itirmiş nəhəng ağac kimidir buna görə gündən-günə quruyurlar. Bu əlaqə bərpa olunmasa, zaman qasırğaları bu nəhən ağacı yıxıb param-parça edəcək. Bu təhlükəni öncə hiss edənlər fikir duyğu adamlarımız olub onlar tarixi yaddaşın bərpa olunmasında xeyli işlər görüblər. Bu yöndə əsərlər yaratmış sənətkarlar sırasında Nihal Atsız, Niyazi Yıldırım, Çingiz Aytmatov, Oljas Süleymenov kimi yazıçı şairlər daha çox seçilirlər. Onların yaradıcılığı məhz unudulan bir tarixin, yaddaşların künclərində yaşayan inancın, min illər boyu formalaşan dünyagörüşünün bərpası üçün atılan ilk addımlardır. Tanınmış Azərbaycan yazıçısı Sabir RüstəmxanlınınGöy Tanrıromanı da, zənnimcə, bu qəbildən olan əsərlərdəndir.

Göy Tanrıromanının əsas süjet xəttiniOğuznamələr təşkil edir. “Oğuznamələr türk xalqlarının əsrlər boyu şifahi şəkildə yaşatdığı sonra yazıyı köçürdüyü epos təfəkkürü məhsuludur. Bu gün onların ən məşhuru 19-cu əsrdə Drezden kitabxanasında tapılmışKitabi-Dədə Qorquddur. Yazılı şifahi şəkildə yaşayan ayrıOğuznamələr var yəqin ki, bunların hamısı çox qədimdə mövcud olmuş bir bütövün orda-burda qalmış çilikləridir. Bu ehtimalın doğruluğuna əsas verən tarixi mənbələr var. XIV əsrdə Misirdə yaşayan, mənşərcə səlcuq türklərindən olan tarixçi Abdulla ibn Aybək əd-Dəvadari 1309-cu ildə yazdığı sultan Nəsir Məhəmməd ibn Kalavuna həsr etdiyiDürərüt-tican təvarix” (Şöhrətlilərin tarixindən incilər) əsərində belə bir əhvalat nəql edir. Tarixçinin sözlərinə görə, Əbu Müslüm Xorasaninin (755-ci ildə öldürülüb) xəzinəsində Ənuşirəvan Sasaninin (531-579) məşhur vəziri Mərvli Büzürgmehr Baxtəqan Farsiyə məxsus ortafarscada yazılmış kitab tapılıb. Çox ehtimal ki, türkcədən tərcümə edilmiş bu kitabUlu xan Ata Bitikçiadlanır. Xəlifə Harun ər-Rəşid zamanında bu kitab suriyalı Cəbrayıl Bəxtiyaşu tərəfindən ərəbcəyə tərcümə olunmuşdur Dəvadari bu tərcümə barədə danışır. Təəssüf ki, bu kitab, onun tərcümələri bugün ortada yoxdur.

Dəvadari kitabdakı bəzi rəvayətlərdən söhbət açır ki, bu rəvayətlər Dədə Qorqud boyları ilə səsləşir. Türklərin ən qədim rəvayətlərinin toplandığı bu kitabın VI əsrdə Sasani sarayının vəziri tərəfindən tərcümə olunmasının özü diqqətəlayiqdir qüdrətli imperiyanın türk mədəniyyətinə marağından xəbər verir. Təəssüf  ki, bu əsər barədə Azərbaycanda çox az məlumat var, bədii ədəbiyyatda isə mən bu barədə ilk dəfəGöy Tanrıromanında rast gəlmişəm. Görünür ki, Sabir Rüstəmxanlı bu romanı yazmaq üçün çox ciddi hazırlaşmış mümkün olan bütün mənbələrdən istifadə etmişdir. O, bu günə qədər çox az müraciət olunan, əzəmətli keçmişimizdən bəhs edən özündə qədim türk koloriti saxlayan gözəl bir əsər ərsəyə gətirib. Bu romanda mənə ən çox xoş gələn müəllifin uydurmaçılıqdan mümkün qədər qaçmasıdır. Əlbəttə, bunsuz bədii əsər olmaz, amma o bunun bədii həllini ayrı cür tapa bilib. O, ortada olanOğuznamələri öz təxəyyül süzgəcindən keçirərək, bu dağınıq qəlpələri bir sapa düzməyə çalışıb bitkin bir əsər ortaya qoyub. Bu əsərin dili, ruhu, ideyası obrazlar sistemi mənə çox doğmadır. Mən onların poetik həlliniSavaş ayələrikitabımda ifadə etməyə çalışmışam, Sabir Rüstəmxanlı isə qədim türklərin yaşatdığı ab-havanı gözəl bir dillə romanlaşdırdı, bizə bir daha keçmişimizlə yaşamaq imkanı verdi. Keçmişi olmayan xalqın gələcəyi yoxdurdeyir Oljas Süleymanov. Mən bu fikirdəyəm. Gələcəyini əski əzəmət üzərində qurmuş Yaponiya Çin fenomeni buna əyani sübutdur.

Elə biz bugünkü varlığımızla keçmişimizi yüz illər ərzində şifahi şəkildə yaşatmış ozanlarımıza borcluyuq. Kim bilir, onlar olmasaydı, biz indi necə adlanırdıq, hansı dildə danışırdıq. Tanrıya çox şükürlər olsun ki, bu gün biz çox qədim bir sivilizasiyanın varisləri kimi mövcudluğumuzu sürdürürük yeni dirçəliş dövrümüzü yaşayırıq. Qədim Misir, Şumer, Roma kimi əzəmətli dövlətlər mədəniyyətlər yaratmış xalqlar tarix səhnəsindən silinib getdilər. Amma biz varıq. Enişlərimiz olub, qalxınmalarımız olub, ağa olmuşuq, qul olmuşuq, amma tarix səhnəsindən silinməmişik. Hər dəfə müxtəlif adlar altında türklüyümüzü yaşatmışıq. Hun, Xəzər, Bulqar, Qıpçaq, Oğuz, Kuman, Subar qədər başqa ad altında təzədən ortaya çıxmışıq. Məncə, türkün özü şərti addır, türklər eyni törəyə tapınan yaxın dilli tayfalar konfederasiyası olub göytürklər zamanında bu ümumiləşdirici adı qəbul ediblər. “TörükTörəsözlərinin eyni kökdən olması yalnız mənim mülahizəm deyil bu barədə çox yazılıb. Addəyişmə bu etnosun dünyada mövcud siyasi şəraitə uyğunlaşmaq bacarığıdır.  Bəlkə ekstremal şəraitdəki çevikliyidi türklüyü min illər ərzində tarix səhnəsində yaşadan. sirdirsə, türk xarakteri ekstremal vəziyyətlərdə üzə çıxır. Onlar bir ölkəyə kölə kimi gəlib hökmdar olurlar. Avropaya, Rusiyaya fəhlə kimi gedib sahibkarlara çevrilirlər. Amma dinc şəraitdə onların rasionallığı o qədər hiss olunmur. Buna görə öz yurdlarında tənbəlləşən türklər yad soylulardan asılı vəziyyətə düşürlər. Ən əzəmətli günlər isə qlobal yerdəyişmələr zamanı yaşanılıb. “Hərəkətin nizamı var olduqca, türklük var olacaq”).

Əsərdə türk qövmünün mənşəyi barədə müəllifin çox maraqlı mülahizələri var. Qədim sivilizasiyalar haqqında ezoterik bilgilərdən istifadə edən müəllif türklərin çox qədim, göy mənşəli bir sivilizasiyasının varisləri olduğunu iddia edir. Deyim ki, bu da müəllifin təxəyyül məhsulu deyil. Əsərdə bu barədə, “Ulu xan Ata bitikçikitabını Oğuz xana şərh edən Ata Qam danışır. Söhbət ezoterik ədəbiyyatda Atlantida Lemuriya adlanan məhv olmuş qədim sivilizasiyalardan gedir. Ata Qamın diliylə türk qövmünün mənşəyini bu məhv olmuş sivilizasiyalarla bağlayan müəllif bunu çox inandırıcı şəkildə edir.

Hiss olunur ki, müəllif bu sahədə kifayət qədər bilgilərə malikdir, amma bu bilgilər, məsələn, İsa Hüseynovda olduğu kimi qeyri-müəyyən mücərrəd deyil. Məlumatlar öz-özünə, sanki  əsərin kontekstindən doğulur. Bu məlumatlar çox ustalıqlaOğuznamələrdən gələn süjetlərə transformasiya olunub.

TürklərinAtlantidasivilizasiyasından gəlməsi haqqında yazılara mən xarici müəlliflərdə rast gəlmişəm. Məşhur Y.Blavatskayanın çoxcildlik yazılarının məntiqi nəticəsi buna gətirib çıxarır. Düzdür, ariçişovinist Y.Blavatskaya bütün istedadı ilə bunu ört-basdır etməyə çalışsa da, o da inandığı həqiqətin gözünü yuma bilmir. Mən hələ tələbə illərində ilk dəfəBibliya oxuyanda, Daniilin kitabında maraqlı bir cümləyə rast gəlmişdim – “meni, meni tekel aparsun”. Bu kəlmələr o zaman çox doğma görünmüşdü. Sonralar mən bu barədə müxtəlif Qərb müəlliflərinin yazılarını oxudum. Çoxları ehtimal edir ki, Valtasarın divarına yazılmış bu sirli yazılar təkallahlılığı yaradan xalqın dilindədir qədim yəhudilər öz kitablarını onlardan tərcümə edib mənimsəyiblər. Heç bir araşdırmaçının izah edə bilmədiyi bu cümləni türk dillərini bilən istənilən insan anlamaq gücündədir. MənTekeladlı tanrıçanın Tanrıçılıq panteonunda hansı rolu oynadığını bilmirəm, ammaBibliyadan çıxan məntiqə görə bu ölüm mələyinin adıdır İslamdakı Əzrayılın prototipidir. (Tek el-tək Tanrı mənasını da verir, “elsemit dillərində allah deməkdir) Bu gün Tanrıçılıq haqqında bilgilərin azlığı türk tarixinin araşdırılmasında o qədər dərinə getməyə imkan vermir. Buna görə bu sahədə olan istənilən bilgi bizim (eləcə bütün bəşəriyyətin) özümüzü tanımağımıza doğru atılan bir addımdır.

Göy Tanrı inancı bu inancın kahinlərinin yaratdığı törə (qanunlar) Sabir Rüstəmxanlının romanının əsas qayəsini təşkil edir. Tarixən dünyaya ərəb-İran prizmasından baxmış bu gün dünyaya Avropanın gözüylə baxmağa çalışan əksər qələm fikir adamlarımızdan fərqli olaraq, “Göy Tanrıromanının müəllifi dünyanı mənsub olduğu xalqın gözüylə görür, bu xalqın itmiş yaddaşını özünə qaytarmağa çalışır. Zənnimcə, bu hal əcnəbilər önündə cilddən-cildə girən holland”, “fransızolmağa çalışan bir çox istedadlı qələm sahiblərimizə örnək olmalıdır. Dəvə olmaq istəyən qurbağa sadəcə, partlayıb köpüyə dönər. Burada görkəmli türkoloq Nizami Cəfərovun O.Süleymanov haqqında yazdığı bir fikri yadıma düşdü: “Əslində qədim türk poeziyası elə birqadağanolunmuşarxivdirki, müasir türk şairlərindən, demək olar ki, ancaq Olyas Süleymenov orayagirə bilir” – halbuki o arxivdən xəbərsiz qalan kifayət qədər güclü söz ustalarımız qələm çalır sabaha ya heç , ya da istedadları müqabilində çox az şey qoyub gedirlər. Bu baxımdan Oljasın şeirləri ümumtürk poeziyası məktəbidir”.

İndi Sabir Rüstəmxanlı da buqadağan olunmuşarxivin ifadəçilərindəndir. Əsas məsələ cini cürdəkdən buraxmaqdır, cin cürdəkdən çıxandan sonra geri qayıtması mümkünsüzdür. Buddizmdə belə bir müddəa var: birdən iki doğur, ikidən üç, üçdən isə hər şey. Bizdə bir var, iki var, üç . Həsən Səbbah demiş: biz üç olanda dünyanı məhvərindən çıxaracağıq. ya: “yığa bilsək, üçümüzü, yüz tümən Kürşad gələcək” (Savaş ayələri). Son dövrlərdə istedadlı romançımız Elçin Hüseynbəyli tarixi mövzuda əsərlər yaratmağa başlayıb deyim ki, bunu çox uğurla edir. Mən çox istərdim ki, Elçin bu qadağan olunmuşarxivəbaş vuraydı, çünki buarxivelə bir xəzinədir ki, onu qədər sümürsən qurtarmaz. TəkcəOğuznaməsüjetlərinə yüzlərlə kitab yazmaq olar, fəqət çağdaş ədəbiyyatımızda Sabir Rüstəmxanlıdan başqa bu mövzuya yalnız Anar Kamal Abdulla müraciət edib.

Əldə olanOğuznamələrin ən kamili, “Kitabi-Dədə Qorqudon iki boydan ibarətdir. Sabir Rüstəmxanlı yerdə qalan qəlpələri toplayıb on üçüncü boy yarada bildi bu boyutanrılar tanrısı (tenqrixan) Göy Tanrının adına bağladı. Mən inanıram ki, bu hələ başlanğıcdır bundan sonra hələ neçə-neçə boylar yaranacaq.

Elxan ZAL QARAXANLI

 





03.03.2014    çap et  çap et