https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Gündoğan, Mxitaryan və Qarabağ... - Aydın Bağırovun yazısı

Gündoğan, Mxitaryan və Qarabağ... - Aydın Bağırovun yazısı

Aydın BAĞIROV
[email protected]

Ta qədimdən Rusiya idman mediasında erməni Henrix Mxitaryana böyük bir simpatiya hiss olunur. Təəccüblü də deyil.  Səbəblər də bəlli olduğundan gələk əsas mətləbə. Yəni İlkay Gündoğana.

Bu mövsüm əla performansı ilə diqqət çəkir. Komandası olan İngiltərə nəhənglərindən "Mançester Siti"nin liderliyə yüksəlməsində əsas fiqurdur. Premyer Liqada 18 oyuna 11 qol vurub. Bu il isə 9 qol. "Boyük beşlik"də 2021-ci il üçün rekorddur bu.

Belə məqamlarda peşəkarlığı örnək olan Rusiya idman mediası daim bu yüksək göstəriciləri diqqətdə saxlayar, o futbolçu haqda hansı brendin tuman-köynəyini geyinməsinə, hansı modellə gecələdiyinə qədər araşdırma aparardı.

Amma əgər o futbolçu İlkay Gündoğan olmasaydı.

O futbolçusu məhz İlkay Gündoğan olduğuna görə Rusiya mediası Mxitaryanı İranın və İvanın oğluymuş kimi Avropa futbolunun kralı kimi təqdim edir. Düzdür, erməni futbolçu da "Roma"da bu mövsüm 21 matça 9 qol vurub. Və bu yerdə hamımızın yadına düşür ki, bizimkiləri nəinki İtaliya və Avropada, heç qonşu Dağıstanda belə futbolçu yerinə qoymurlar. Düz söz adamı ağrıdar deyiblər...

Hə, deməli, "Siti"nin hazırkı bombardiri məhz İlkay olduğundan Mxitaryana, ya da Premyer Liqada oynayan Keynə, misirli müsəlman Salaha münasibətin 10 faizini belə İlkay Gündoğana münasibətdə görmək mümkün deyil. Qvardiola ya başqa böyük futbol adamlarının Gündoğan barədə son fikirlərini, Rusiyanın geniş idman mediasında görmək, çətin ki, mümkün olsun.

Niyə?

Çünki İlkay Almaniya millisinin oyunçusu olsa da, bəli,  milliyyətcə türkdür. Və təkcə milliyyətcilik, tərəf tutmaq amili  bu məsələdə də qabarıq şəkildə üzə çıxır.

Əslində bəlkə də xırda məqam kimi görünə bilər. Amma bunu niyə yazdım?

Yaxşı ki, Qarabağı geri ala bildik!

Müəllifin digər yazıları
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.