525.Az

Beynəlxalq jurnalın redaksiya heyətində ilk azərbaycanlı


 

Beynəlxalq jurnalın redaksiya heyətində ilk azərbaycanlı<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin aktuallığına və elmi əhəmiyyətinə görə Hindistanın məşhur “Şərqin kimya jurnalı”nın redaksiya heyətinə üzv seçilib.

525.az-a verilən məlumata görə, 1985-ci ildən dərc olunan jurnal Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan elmi nəşrlər siyahısına daxildir. Jurnal “Clarivate Analytics” indekslidir və dünyanın bir çox milli və beynəlxalq elmi qurumları tərəfindən tanınır. Jurnalın redaksiya heyətində Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, İtaliya, Niderland, Rusiya, Türkiyə,
Çin və digər ölkələrin nümayəndələri yer alıb. Günel Məmmədova sözügedən beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunan ilk azərbaycanlı tədqiqatçıdır.

Onu da qeyd edək ki, alim Naxçıvan Muxtar Respublikasının təbii mineralı–seolitlə bağlı müasir analiz metodlarından istifadə etməklə yüksək nailiyyətlər əldə edib. Apardığı mühüm elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir sıra xarici ölkələrinin nüfuzlu beynəlxalq jurnallarında rus və ingilis dillərində işıq üzü görüb.
Tədqiqatçı İngiltərə, Amerika Birləşmiş Ştatları, Rusiya, Sinqapur və Fransada fəaliyyət göstərən beynəlxalq elmi jurnalların redaksiya heyətinin də üzvüdür.

 

 





15.02.2021    çap et  çap et