Xalq şairi Musa Yaqub Moderator.az saytının redaksiyası ilə əlaqə saxlayaraq şair Əjdər Olun (Əjdər Cəbiyev) həbs edilməsindən narahat olduğunu bildirib.
M.Yaqub 525.az-a açıqlamasıda tezliklə Əjdər Olun azadlığa çıxmasını arzuladığını deyib:
“Əjdər Olun həbs edilməsi xəbərini eşidəndə çox narahat oldum. Əjdər bizim hamımıza kömək edən dostumuzdur. Əvvəl Maliyyə Nazirliyində işləyirdi, daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləməyə başladı. O, mənim üçün doğma adamdır. Onun “Günəbaxan zəmisi” adlı şeiri var və ona mən şeir həsr etmişəm. Əjdər də o “Günəbaxan zəmisi”ndən bir tum götürüb və gərək onu buna görə həbs etməsinlər.
Mən onun tez bir zamanda azadlığa çıxmasını arzulayıram. Çünki yazıçılardan heç kim bu adla həbsdə yatmayıb. Mən inanmıram ki, Əjdəri də həbs etsinlər. Əjdər çox tərbiyəli, bizim adlı-sanı yazıçımızdır. Onun gözəl şeirləri və misraları var. Mən qələm əhlindən xahiş edirəm ki, Əjdər Olun azadlığa çıxması üçün dövlətimizə müraciət etsinlər. Gərək Günəbaxan zəmisindən tağını kəsməyəydilər. Əjdər torpağa bağlı bir insan idi. Elə bir yerdə işləyib ki, ordan tüstü qalxıb və Əjdər Ol da o tüstüyə düşüb”.
çap et