525.Az

Əli bəy Hüseynzadə-150 (Tofiq Abdinin yazısı)


 

Əli bəy Hüseynzadə-150 <b style="color:red">(Tofiq Abdinin yazısı)</b>

Unudulmaz yazarımız Tofiq Abdin dəyərli şair publisist olmaqdan əlavə, böyük həmyerlisi, ulu ziyalımız Əli bəy Hüseynzadənin fədakar tədqiqatçısı kimi tanınıb.Tofiq Abdin yaradıcılığının son illərində bu mövzuya dönə-dönə qayıtmışdı. Elə vəfatından qısa müddət əvvəl Əli bəy Hüseynzadənin 150 iiliyi ilə bağlı onun haqqında qəzetimizdə, öz doğma guşəsi olan bu 23- səhifədə bir yazı silsiləsi başlatmışdı. Əfsus ki, qəfil vəfatı dəyərli Tofiq bəyin, bir çox arzuları kimi, bu silsiləni tamamlamaq niyyətini ürəyində qoydu. Ancaq onun Əli bəy Hüseynzadə ilə bağlı araşdırmalarının nəticələri o qədər zəngindir ki, istənilən yazısını bu silsilənin davamı kimi təqdim etmək olar. Beləliklə, Tofiq Abdinin illər öncəİstanbulda yaşadığı vaxtlarda Əli bəy Hüseynzadənin qızlarıyla görüşünün bəhrəsi olan söhbətdən bir hissəni oxucularımızın diqqətinə çatdırırıq. Bununla həm böyük Əli bəy Hüseynzadəni, həm bugünlərdə haqqa qovuşan qiymətli yazarımız Tofiq Abdini ehtiramla anırıq.


YURT
KAYQUSU

(şeir orijinalda olduğu kimi verilir)

 

Ucundadır dilimin

Hakiketin izamı

Ne koydular söyləyim

Ne kestilər dilimi

Bilir misin cahillər

Ne ettilər vatana

Ne koydular uyusun

Ne koydular uyana

Böyle durmak uyuşuk

Reva bir diriye

Ne gitmede ileri

Ne dönmede geriye

 

Düşman  kırar kapıyı

Biz içerde kayğusuz

Ne evləri ayırır

Ne bir evli oluruz

 

Ayıltmadı kalemim

Şu Türk ilə Acemi

Ne koydular yazayım

Ne kırdılar kalemi

(1329/1913)


Tofiq
Abdin
:Bir şey soruşmaq istəyirəm sizdən. Bu Əli bəyin Azərbaycana dönməməsi məni çox maraqlandırır. Bunun bir səbəbi vardımı? İstəsəydi dönə bilərdimi Əli bəy Azərbaycana? Niyə dönmədi? Sizə bu barədə bir şeylər danışdımı?

Saida xanım: ... Dönməyi heç düşünmədi, heç. Arada bir bildiyiniz kimi Azərbaycana getdi. Qurultaya getdi. Atam Abdulhamidin təqibindən qaçaraq getdi Azərbaycana. Bir arada tutdular atamı. Bizi onun yanına apardılar. Biz hələ lap uşaq idik o zaman. Atamla birlikdə o binanın həyətinə çıxardıq, uşaqlar üçün oynamağa yerlər vardı, orada oynardıq mən bir dəfə atamdan soruşdum: niyə sən burdasan. Niyə gəlmirsən evə? Atam gülə-gülə: padişaha kaftan toxuyoruz deyə cavab verdi mənə.

T.A.:Əli bəy yeməklərdən ən çox nəyi xoşlardı?

Feyzavər xanım: Elə bir xüsusi ayrıcalığı yox idi. Hər şey yeyərdi. Heç mətbəxlə arası yox idi. Amma atamızın elə hey badımcan yeməyi bişirmək istədiyini xatırlayıram. Gecə gec saatlara qədər işlərdi. Yəni saat 3-ə qədər, 4-ə qədər işlərdi. Sabahlar da çox gec qalxardı.

Amma gec deyirik, saat altıda mütləq durardı, bir zamanlar oxuduğu məktəbdən alışqanlıq vardı onda, mütləq hər gün başını yuyardı, üzünü qırxardı təkrar yatardı. Sonra yenə qalxar, qəhvəaltı eləyərdi onu deyim ki, bağ-bağatla çox əlləşərdi. Mən indi bir çox bitkilər haqqında çox şeyləri bilirəm zənn eləyirəm ki, bu mənə atamdan keçmədir. Botanika ilə arası sazdı. Bir çox rəsmlər çəkdi. Bacımın rəsmini çəkmişdi. Amma mənim rəsmimi çəkmədi. Yalnız çəkdiyi bir çox rəsmlər hələ məndə var...

Son dərəcə səbirli bir insan idi. Məktəbdən gələndə bir şey soruşduğumuzda, məsələn, riyaziyyatdan bir şey soruşduğumuzda həmən yanımıza gələr başlardı inanın, mən usanırdım bəzən, o qədər başından başlardı ki izah eləməyə, mənim səbrim tükənərdi. Bəzən mən sorduğumu belə unudurdum. Bir şeyin kökünə o qədər enərdi ki...

... Atamın evliliyi, xoşbəxt sakit bir evlilik idi, mütəvazi bir evlilik idi. Görmüş, götürmüş... Anam kübar bir qadın idi... Atamızın çalışmalarından, işlərindən, işlərinin çox olmasından heç rahatsız olmazdı. Çox, çoox sakit bir hava vardı ailəmizdə... Münaqişə nədir, dava-dalaş nədir, heç bunları bilmədik. Bugünkü dünyada görürəm, bunlar çox vacib şeylərdir...


T
.A
.Sizin ikinizdən soruşuram: Siz Azərbaycandan küsməmisiniz ki?

.... Feyzavər xanım (sanki bacısı bir başqa şey deyəcəkmiş kimi tələsik, yəni elə tələsik ki, son sözümü belə deməyə qoymur): – Xeyr, canım. Heç bir küsümüz-zad yox. Atamızın vətəni. Mən belə bir şey xatırladım: bir az öncə bir şey soruşdunuz ki, atanız Azərbaycanı anladırdı kimi bir şey soruşdunuz, belə bir şey xatırlayıram: bilmirəm, lap kiçik idim onu danışanda: harasa dincəlməyə gediblərmiş, şəhərin qırağına, bulaqlar varmış, Salyanda varmı bulaqlar, şəlalələr? Harda var? isə oraya gedirlər, evdə bir şey unudurlar, atam geri dönür, yolda bir ayıya rast gəlir, şəlalənin arxasında gizlənir... bir bir çay varmış, çox qalın buz bağlamış bir çay varmış, nənəsinin qızı oraya düşmüşmüş, uşağın da çox uzun saçları varmış, o biri tərəfdən buzu qırıb onun saçlarından tutub çıxarırlar.


T
.A
.Əli bəyin səyahətdən xoşu gəlirdimi? Türkiyədən çoxmu oralara-buralara getdi?

Feyzavər xanım: Stokholma getdi xatırlayıram, konqrə vardı ora getmişdi. Çox mehriban idi. Mən hələ uşaqkən biz Süleymaniyədə bir evdə yaşayırdıq. Baxırdım ki, nəsə bir şey olacaq. Yəni bizi Gülhanə parkına aparacaqlar. Bizə səhər tezdən deyərdilər. Atam hazırlanmaz ki, çox, çooox yavaş, heç olmayacaq bir halla, şəhərdən hazırlıq edilər, saat 5- ancaq çıxardıq. Gecə çox gec gələrdik evə. Parkdan da çıxıb bir başqa yerə gedərdik, yemək yeyərdik sonra gələrdik. Sonra aylıq maaşını alan zaman da maşınla gedib balıq bazarından alış-veriş eləyərdik, yağlar-ballar alınır evə gəlirkən baxardıq ki, maaşının yarısı gedib. Anam bir az rahatsız olardı ki, ev kirəsi haqqı var, bilim var. O isə deyərdi: uşaqların yeməyi əskik olmasın.

yerdə qalan pulu da anama verərdi. Çox əliaçıq bir ata idi. Adamı heyran edəcək bir danışmağı vardı. Sanki bir maqnit vardı onda. Akademiyaya getdiyim zaman onun mifoloji söhbətlərinin heyranı idim. Çox şey bilirdi, yazıq ki, atamızı tam anlamağa başladığım zaman onu itirdik.

... Evdə bir sürü kitab diqqətimi çəkir soruşuram:


T
.A
.Bu kitablar Əli bəydən qalmamı?

Saida xanım: Xeyr, bu kitabların çoxu ərim Mustafadan qalma mənim kitablarımdır. Təbii, atamdan qalma kitablar da var. Bir çox kitablarını kitabxanalara verdik. Bir vaxtlar çalışdığı tibb fakültəsinə göndərdim.


T
.A
.Əli bəyin arxivini kim almışdır...?

Saida xanım: Bəzi əl yazıları var məndə. Vermək lazımdır. Amma hara verək?

T.A.Siz onu satmaqmı istəyirsiniz?

Saida xanım: Yox canım, satmaq? Satmaq istəmirik.

T.A. – Azərbaycana vermək istəməzdinizmi?

Saida xanım: Verərdik, niyə verməzdik ki... Pul-mul mühüm deyil. Yalnız yerini tapmasını istərdik. Yalnız o sənədlərin qədrinin bilinməsini istərdik. İki çox mühüm dəftəri vardı. Onu itirdik. Tapa bilmədik. Birisi əski əlifbayla idi, birisi yeni əlifbayla.

Atam yeni yazı meydana gələndən sonra əski yazıyla yazı yazdığını görmədim. Çox zaman farsca yazardı, çox dil bilirdi təbii, amma əski türk əlifbasını təkrar heç zaman istifadə eləmədi. Yeni əlifbayla yazısı da gözəl idi. Yəni xətt olaraq çox gözəl idi.


T
.A
.Xahiş edirəm, Siz Əli bəyin dostları haqqında bir az danışın. Dostları vardımı... kimlər idi dostları?

Feyzavər xanım: Əhməd Ağaoğlu vardı... O zamanlar Yusuf Akçura vardı. Abdullah Cevdət vardı... Son zamanlar atamın da bir az dalqınlığı oldu. Xatırlayıram. Bəzən elə olurdu ki, unudurdu evə gələn dostlarını o zamanlar anam qonaqların başını qarışdırırdı bir görürdün atam gəldi unutmuşam bağışlayın” – deyərdi. Onun bu xüsusiyyəti Səlimdə vardı, o damühüm deyil gəliblərsə otursunlar, söhbət eləsinlər, mən gələrəm” – deyərdi.

T.A. – Səlim bəyin uşağı olmadı...

Feyzavər xanım: Əvət. Olmadı. Xanımı  Səlim bəy rəhmətə gedəndə gəlmişdi buradaydı, bir sarışın qadın vardı, o Səlimin arvadı idi. Türkdür. O da türküdür. Fransada yaşayır, orada emalatxanası vardı. Orada yaşayırdılar. Arvadı yenə qayıtdı ora.  Hələ orada yaşayır. İstanbula gələndə isə mənim yanımda qalırdı. İstanbulda evi yoxdu Səlimin...

T.A. – Siz heç bir yerlərdə işlədinizmi Feyzavər xanım?

Feyzavər xanım: Çox qısa bir zaman çalışdım, bir atelyə açdım sonra da qapadım.


T
.A.O zaman bəs sizin yaşamağınız necə... Nəylə dolanırsınız?

Feyzavər xanım: Ərimin vəsaitiylə yaşayıram...

Saida xanım: Atam BakıdaHəyatqəzetini çıxarmış orada çıxan qəzetləri gətirmişdi...

mənə göstərir Saida xanım qəzetləri, – davam edir: Ağaoğluyla birlikdə çıxarmış bunları. “Həyatqəzetinin atam həm müdirliyini eləmiş həm baş yazarı olmuş bu qəzetin. Bilmirəm, hardan eşitmişdi, Amerikadan, Los-Anjelosdan bir gənc xanım gəldi, Ağaoğlunun həyatı üzərinə bir şey yazırmış, məni tapdı, o qəzetlərin yotokopisini aldı... filmləri almaq üçün qəzetləri Amerikaya göndərdi... Sonra Yusuf Akçuranın ingilis dilində çap olunmuş bir kitabını da göndərdi mənə.

... Feyzavər xanım: Bura mənim bacımın evidir, özünün evidir. Saida o zaman çalışırdı o zaman alıb bu evi... Bacım təhsilini Fransada almışdır.


T
.A
.Əli Bəyin dədəsi buralara gəldimi? Sizin atanızın atası gəldimi buralara?

Feyzavər xanım: Xeyr, gəlmədi. Dədəmizi görə bilmədik. Biz Azərbaycana gedə bilmədik, o da buralara gələ bilmədi.

Şeyxülislamın bir ərəb dilində yazılmış kitabını göstərir.



T
.A. – Atanızın şeirlərindən bir şeyləri xatırlayırsınızmı?

Saida xanımYurd qayğısışeirinin bir bəndini söyləyir.

Feyzavər xanım Atatürkə aid bir şeirini söyləyir...

İstanbul, 1995

 





03.03.2014    çap et  çap et