525.Az

Azərbaycanlı jurnalistlər Türkiyədə - Foto


 

Azərbaycanlı jurnalistlər Türkiyədə - <b style="color:red">Foto</b>

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bir qrup azərbaycanlı jurnalist Türkiyəyə səfər edib. 

525.az xəbər verir ki, proqrama əsasən, ilk səfər Türkiyənin ən böyük şəhəri İstanbula olub.

Öncə jurnalistlərə səfərlə bağlı ətraflı məlumat verilib. Türkiyənin pandemiyanın qarşısını almaqda uğurlu fəaliyyəti və ölkəyə gələn turistlərin təhlükəsizliyinin təmin edilməsi, mövcud qaydalara əməl edilməsi və görülən tədbirlər barədə məlumat verilib.

Daha sonra jurnalistlər Qalata qalası, İstiqlal küçəsi və Taksim meydanını ziyarət ediblər.

Qeyd edək ki, bir həftəlik proqram çərçivəsində jurnalistlər Türkiyənin paytaxtı Ankara və İzmir şəhərlərinə də səfər edəcək.

 





16.02.2021    çap et  çap et