525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanla münasibətləri gücləndirir


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanla münasibətləri gücləndirir<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou arasında görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva təşkilatın genişmiqyaslı fəaliyyətindən, pandemiya dövrü olmasına baxmayaraq türkdilli xalqların zəngin maddi-mədəni irsinin tanıdılması məqsədilə həyata keçirilən tədbirlərdən və gələcək planlardan söz açıb. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzv ölkəsi olan Qırğızıstanla qarşılıqlı əməkdaşlığın, Türk Dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Muhammed Lou Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların qədim tarixinin, mədəniyyətinin qorunması, öyrənilməsi, eləcə də onların həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. O, eyni zamanda Fond ilə Qırğızıstan arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, təşkilat tərəfindən keçirilən layihələri dəstəkləyəcəyini qeyd edib. 

Görüş tərəflər arasında birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb. 

 

 





17.02.2021    çap et  çap et