525.Az

İlham Əliyev Nəriman Həsənzadəni “İstiqlal” ordeni ilə təltif etdi


 

İlham Əliyev Nəriman Həsənzadəni “İstiqlal” ordeni ilə təltif etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

525.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.

 





17.02.2021    çap et  çap et