525.Az

Psixoloqlar Gəncə və Bərdədə də fəaliyyət göstərəcək - VİDEO


 

Psixoloqlar Gəncə və Bərdədə də fəaliyyət göstərəcək - <b style="color:red">VİDEO</b>

Fevralın 26-dan Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin  iştirakı ilə  Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazlirliyindən bildirilib.

Məlumata görə, bu regionlarda yaşayan vətəndaşlar qeydiyyat üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edə bilərlər.

Qeyd edək ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizə gəlib və artıq bir aya yaxındır ki, nazirliyin psixoloqları ilə birgə paytaxtda çalışırlar.

Psixoloq mütəxəssislərin  qəbulu  ödənişsiz həyata keçirilir.

 

 





18.02.2021    çap et  çap et