525.Az

Mahir "Qarabağ"dan ayrılırmı? – Meneceri danışdı


 

Mahir "Qarabağ"dan ayrılırmı? – <b style="color:red">Meneceri danışdı</b>

Polşa mətbuatında bu ölkənin "Rakuv" klubunun "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlandığı haqda xəbərlər yayılıb. Eləcə də bu yay gənc hücumçunun Ağdam təmsilçisindən ayrılacağı barədə iddialar da var.

23 yaşlı oyunçunun meneceri Tural Əsgərov bu xəbərlərlə əlaqədar Qol.az saytına açıqlama verib. O, Mahirlə Polşa təmsilçisinin maraqlandığını təsdiqləyib:

"Mahirlə adını çəkdiyiniz klubla yanaşı, bir çox başqa klub da maraqlanır. Amma söhbət rəsmi təklifdən gedirsə, "Rakuv"dan heç bir addım yoxdur ki, bu barədə müzakirə aparıb, qərar verək".

T.Əsgərov M.Emrelinin "Qarabağ"la müqaviləni yeniləməkdən imtina etməsi ilə bağlı yayılan məlumatlar haqda isə bunları deyib:

"Qarabağ"la müqavilənin uzadılmayacağı haqda deyilənlər bizim fikrimiz deyil. Sözləşmənin bitməsinədək - yaya kimi hələ uzun zaman var. Mahir doğrudan da Avropada oynamaq niyyətindədir. Amma hazırda heç bir variant, o cümlədən "Qarabağ"la müqavilənin uzadılması da istisna edilmir".

 

 





18.02.2021    çap et  çap et