525.Az

“Türkiyə ilə ticarət dövriyyəmizdə əhəmiyyətli azalma olmayıb”


 

“Türkiyə ilə ticarət dövriyyəmizdə əhəmiyyətli azalma olmayıb”<b style="color:red"></b>

“Türkiyə səfərinə böyük əhəmiyyət veririk, Əminik ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək”.

525.az-ın APA-ya istinadən məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.

Baş nazir bildirib ki, forum çərçivəsində iş adamlarımız bir araya gələrək gələcəkdə atılacaq addımları müzakirə edəcəklər:

“Bu iki dost və qardaş xalq arasında olan münasibətlər çərçivəsində bütün sahələrdə sıx əməkdaşlıq edirik. Koronavirus pandemiyası iqtisadi əlaqələrimizə təsirsiz ötüşməyib. Lakin ticarət dövriyyəsinin azalması elə də əhəmiyyətli olmayıb. Biz birlikdə pandemiyanın öhdəsindən gələndən sonra ticarət dövriyyəsində azalma aradan qaldırılacaq. Bunun üçün imkanlarımız var”.

 





18.02.2021    çap et  çap et